Azərbaycan Respublikasında Zəfər
Gününün təsis
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
XX
əsrin 80-ci illərinin
sonları-90-cı illərinin əvvəllərində Ermənistan
Azərbaycanın tarixi
torpaqlarına açıq
formada ərazi iddiaları ilə çıxış etmiş
və ölkəmizə
qarşı hərbi təcavüzə başlamışdır.
Həmin
dövrdə Azərbaycanda
hökm sürən hərc-mərclikdən istifadə
edən Ermənistan torpaqlarımızın 20%-ni
işğal etmiş,
Ermənistanın həyata
keçirdiyi etnik təmizləmə siyasəti
nəticəsində 1 milyondan
artıq azərbaycanlı
öz doğma yurd-yuvasından didərgin
düşmüşdür.
Azərbaycana
qarşı hərbi təcavüzün nəticələrinin
aradan qaldırılması və BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin
həyata keçirilməsi üzrə 30 ilə yaxın davam
edən danışıqlar prosesi Ermənistanın destruktiv
mövqeyinə görə nəticə verməmişdir.
2019-cu
ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin
bir-birinin ardınca verdiyi təxribatçı
bəyanatlar və atdığı addımlar
danışıqlar prosesini
məqsədyönlü şəkildə
tamamilə pozmuşdur.
Bununla Ermənistan bir daha özünün
əsl məqsədinin
mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın
qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik
strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni
məskunlaşdırma siyasətini
genişləndirməsi, "yeni ərazilər uğrunda yeni müharibə” çağırışı,
mülki şəxslərdən
ibarət "könüllü
dəstələri” yaratmaq qərarı,
2020-ci il iyulun 12-də
Ermənistan–Azərbaycan
dövlət sərhədinin
Tovuz istiqamətində
təxribat törətməsi,
eyni zamanda, bütövlükdə qoşunların
təmas xəttində
gərginliyi artırması,
cəbhə xəttinə
yaxın ərazilərdə
qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı
hücuma hazırlaşdığını
göstərirdi.
Azərbaycan
dəfələrlə bəyan
etmişdi ki, Ermənistan qoşunlarının
işğal olunmuş
ərazilərdə qanunsuz
mövcudluğu regionda
sülh və təhlükəsizlik üçün
əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Ermənistanın
təxribatına və
növbəti hərbi
təcavüzünə cavab
olaraq, Azərbaycan xalqı torpaqlarımızın
işğaldan qurtarılması,
Ermənistanın sülhə
məcbur edilməsi,
BMT Təhlükəsizlik Şurasının
məlum qətnamələrinin
tələblərinin yerinə
yetirilməsi, məcburi köçkünlərin öz
doğma torpaqlarına
qayıtması və
ədalətin bərpası
üçün Vətən
müharibəsinə başladı.
Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər
və həmrəy oldu.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində
müzəffər Azərbaycan
Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini,
Azərbaycan xalqının
tarixində, mədəniyyətində
və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini,
Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd
rayonunun Hadrut qəsəbəsini və
bir çox kəndlərini, Tərtər
rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri
daxil olmaqla, ümumilikdə, 300-dən çox
yaşayış məntəqəsini,
həmçinin Ağdərə, Murovdağ
və Zəngilan istiqamətlərində mühüm
strateji yüksəklikləri
işğaldan azad etdi.
Rəşadətli
Azərbaycan əsgər
və zabitləri addım-addım irəliləyərək,
Ermənistanın uzun
illər ərzində
qurduğu mühəndis-istehkam
sistemlərini yarıb
keçdilər, torpaqlarımız
qəhrəman əsgər
və zabitlərimizin,
şəhidlərimizin qanı
və canı bahasına azad edildi.
Azərbaycanın
hərbi sahədə qazandığı qələbələr,
xüsusilə Şuşanın düşmən əsarətindən
qurtarılması müharibənin taleyində həlledici rol
oynadı, Ermənistanın öz məğlubiyyətini
etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi,
Ermənistanı Kəlbəcər, Ağdam və
Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur
etdi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini
təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik
və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı
qəhrəmanlıq salnaməsi
yazaraq, özünün
qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən
üzərində tarixi
zəfər çaldı.
Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, xalqımızın qüdrətinin
və milli qürurumuzun təntənəsinə
çevrilən, dövlətimizin
nüfuzu və gələcək inkişafı
baxımından müstəsna
əhəmiyyət kəsb
edən bu misilsiz qələbənin
əbədiləşdirilməsi məqsədilə qərara
alıram:
1.
Hər il noyabrın 8-i Azərbaycan
Respublikasında Zəfər
Günü kimi təntənəli şəkildə
qeyd edilsin.
2.
Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 dekabr 2020-ci il.
Azərbaycan.- 2020.-4 dekabr.- S.1.