Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Sahibkarlığın
İnkişafı Fondunun Nizamnaməsi”ndə
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun səmərəli fəaliyyətinin təşkili və idarəolunma mexanizminin optimallaşdırılması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1510; 2019, ¹ 4, maddə 614, ¹ 6,
maddə 1049; 2020, ¹ 6, maddə 694) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Sahibkarlığın
İnkişafı Fondunun Nizamnaməsi”nin 5.2-ci bəndində
"üç” sözü "dörd” sözü ilə və
"iki” sözü "üç” sözü ilə əvəz
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 dekabr 2020-ci il
Azərbaycan.-2020.-
13 dekabr.- S.6.