Azərbaycan
Respublikası Prezidentinin
“Övladlığagötürmə sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” 2018-ci il 10 dekabr
tarixli 393 nömrəli Fərmanında və
2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Valideyn
himayəsindən məhrum olmuş uşaqların
övladlığa götürülməsi, o
cümlədən Azərbaycan Respublikasının vətəndaşı
olan uşaqların əcnəbilər və
vətəndaşlığı olmayan
şəxslər tərəfindən övladlığa
götürülməsi Qaydası”nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Övladlığagötürmə sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 10
dekabr tarixli 393 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, № 12 (I kitab), maddə
2550; 2019, № 5, maddə 867, № 12, maddə 1935) 3.1-ci bəndinə
"dövlət orqanlarının
(qurumlarının)” sözlərindən
sonra "və digər aidiyyəti qurumların” sözləri
əlavə edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 27
fevral tarixli 946 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum
olmuş uşaqların
övladlığa götürülməsi,
o cümlədən Azərbaycan
Respublikasının vətəndaşı
olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa
götürülməsi Qaydası”nın
2.1-ci bəndində "təşkilatların”
sözü "digər
aidiyyəti qurumların”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr
2020-ci il
Azərbaycan.-2020.-
13 dekabr.- S.6.