“Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının Təhsil Nazirliyi
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”
2005-ci il 1 mart tarixli 203 nömrəli, “Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 2009-cu il
5 sentyabr tarixli 156
nömrəli fərmanlarında və 2019-cu il
29 dekabr tarixli 907 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin
Nizamnaməsi”ndə dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. "Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun 27.4-cü və
29.0.21-ci maddələrinə uyğun olaraq, xarici dövlətlərin
ali təhsilə
aid kvalifikasiyalarının tanınması qaydalarını
iki ay müddətində
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla müəyyən
etsin;
1.2. "Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, № 3, maddə 161,
№ 12, maddə 1102; 2007, № 10, maddə
947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə
83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə
531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə
1355, № 12 (I kitab), maddə
2312; 2019, № 3, maddə 403, № 5, maddə 848, № 11, maddə
1718; 2020, № 7, maddələr 868, 895, № 9, maddə 1139) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Təhsil Nazirliyi haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
2.1.
8.27-ci bənddə "xarici
ölkələrin ali
təhsil sahəsində
ixtisaslarının tanınmasını
və ekvivalentliyinin müəyyən edilməsini
(nostrifikasiyasını)” sözləri
"xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyalarının tanınmasını”
sözləri ilə əvəz edilsin;
2.2.
8.28-ci bənd aşağıdakı
redaksiyada verilsin:
"8.28.
xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyalarının tanınmasına
dair sənədlər
verir;”.
3. "Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə
289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr
1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə
1800, № 12 (I kitab), maddə
2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, №
3, maddələr 403, 405,
№ 5, maddə 847, № 8, maddə
1398; 2020, № 5, maddə 549, № 7, maddə 868) aşağıdakı dəyişikliklər
edilsin:
3.1.
1.23-cü bənddə "29.0.21-ci” sözləri "29.0.20-ci” sözləri
ilə əvəz edilsin;
3.2. 2.2-ci bənddə "xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” sözləri "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” sözləri ilə əvəz edilsin;
3.3. 2.3-cü bənddə "(xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasının və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyasının)” sözləri "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1950) ilə təsdiq edilmiş "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.1-ci bənddə "təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin” sözləri "təhsilə aid kvalifikasiyalarının” sözləri ilə əvəz edilsin;
4.2. 2.2.2-ci yarımbənddə "təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını)” sözləri "təhsilə aid kvalifikasiyalarının tanınmasını” sözləri ilə əvəz edilsin;
4.3.
3.1.4-cü və 3.2.16-cı yarımbəndlərdə "təhsil
sahəsində ixtisaslarının tanınması və
ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”
sözləri "təhsilə aid kvalifikasiyalarının
tanınması” sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 dekabr 2020-ci il
Azərbaycan.-2020.- 13 dekabr.- S.6.