Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığagötürməaltsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) digər aidiyyəti qurumların informasiya sistemlərinin ehtiyatlarının Siyahısıtəsdiq edilsin (əlavə olunur).

2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda nəzərdə tutulan informasiya sistemlərinin ehtiyatlarının sahibləri ya operatorları həmin informasiya sistemlərinin ehtiyatlarının "Valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığagötürməaltsisteminə inteqrasiyası zamanı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası arxivləşdirilməsi Qaydaları”nın tələblərini nəzərə alsınlar.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "Dövlət informasiya ehtiyatları sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi elektron hökumətlə bağlı bəzi tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli

263 nömrəli Fərmanına uyğun olaraq, "Valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığagötürməaltsisteminin bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda nəzərdə tutulan informasiya sistemləri ehtiyatları ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 dekabr 2020-ci il

Azərbaycan.-2020.- 13 dekabr.- S.6.