Bakı şəhərində
Vətən müharibəsi
memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
xalqının Vətən
müharibəsində göstərdiyi
misilsiz qəhrəmanlığın
və qazandığı
möhtəşəm tarixi
zəfərin nümayiş
etdirilməsi, şəhidlərimizin
əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Azərbaycan Respublikasının
Bakı şəhərində
Vətən müharibəsi
memorial kompleksi və Zəfər muzeyi yaradılsın.
2.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Bakı Şəhər
İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi
memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi
ilə bağlı təkliflərini hazırlayıb
iki ay müddətində
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
təqdim etsin.
3.
Azərbaycan Respublikasının
Nazirlər Kabineti üç ay müddətində:
3.1.
Vətən müharibəsi
memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi
və tikintisinin maliyyələşdirilməsi ilə
bağlı təkliflərini
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2.
bu Sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 dekabr 2020-ci il.
Azərbaycan. - 2020.-4 dekabr.- S.1.