Prezidentə
yazırlar: Sizin əzminiz, qətiyyətiniz, Ordumuzun yenilməzliyi
sayəsində Qələbə sevinci yaşayırıq
Azərbaycan
vətəndaşlarından, xaricdə yaşayan
soydaşlarımızdan, eləcə də digər ölkələrin
azərbaycansevər vətəndaşlarından Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq
məktubları gəlməkdə davam edir. Onlar İkinci
Qarabağ müharibəsində qazandığımız
tarixi Zəfəri böyük sevinc və qürur hissləri
ilə qarşıladıqlarını bildirirlər.
AZƏRTAC
Prezidentin saytına istinadla həmin məktubların daha bir
neçəsini təqdim edir.
Rusiyanın
Krasnoyarsk şəhərindən Aleksandr Oreşnikov yazır:
"Hörmətli cənab Prezident İlham Heydər oğlu,
mən əsgərliyimi Azərbaycanda başa vurmuşam.
1987-1989-cu illərdə indiki Gəncə, o vaxtkı Kirovabad
şəhərində yerləşən 104-cü
qvardiyanın hava-desant diviziyasında xidmət etmişəm.
Dağlıq Qarabağda baş verən faciələrin
birbaşa şahidi və iştirakçısı idim. O vaxt
xalqınızın yaşadığı iztirabları
böyük ürəkağrısı ilə qəbul
edirdim. 1993-cü ildə Ağdamın işğalını
bir faciə kimi qəbul etdim, çünki bu şəhərə
çox bağlı idim və əziz xatirələrim var
idi. Sizi və çoxmillətli xalqınızı Qələbə
münasibətilə təbrik edirəm. Nəhayət, ədalət
zəfər çaldı. Mən buna ürəkdən sevinirəm
və səmimi qəlbdən Sizin fəaliyyətinizin
Dağlıq Qarabağa bölgəsinə sülh və
firavanlıq gətirəcəyini inanıram. Sizə və
xalqınıza əmin-amanlıq, başınızın
üstündə açıq səma arzulayıram”.
Yaroslavl
şəhərindən Asman Hüseynovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, Müzəffər
Ali Baş Komandan, Sizi və Azərbaycan xalqını
Qarabağın azad olunmasında qazandığınız
möhtəşəm Qələbə münasibətilə
Rusiyanın Yaroslavl vilayətindəki Azərbaycan
icmasının üzvləri adından və öz adımdan
təbrik edir, həmçinin Sizə və müzəffər
Ordumuza təşəkkürlərimizi bildirirəm. Sizin, rəşadətli
Ordumuzun və xalqımızın birliyi sayəsində
yüz minlərlə məcburi köçkün öz
doğma yurd-yuvasına qayıdacaq. "Yaroslavl
Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti”
regional ictimai təşkilatı 2011-ci il dekabrın 24-də
"Azərbaycan mədəniyyət və təhsil mərkəzi”
yaratdı. Bu mərkəzin nəzdində müxtəlif
bölmələr (Heydər Əliyev Muzeyi, kitabxana, milli çay
evi və s.) fəaliyyət göstərir. Mərkəzimiz
öz fəaliyyəti ilə Azərbaycan həqiqətlərini
yaymağa və milli-mədəni dəyərlərimizi
nümayiş etdirməyə xidmət edir. Biz Sizin
yürütdüyünüz xarici və daxili siyasəti dəstəkləyir
və həmyerlilərimiz arasında geniş təbliğat
işləri aparmaqla onları da bu siyasəti dəstəkləməyə
sövq edirik. Bizim əsas fəaliyyətimiz ümummilli
liderimiz Heydər Əliyevin möhtəşəm irsinin və
onun dönməz davamçısı İlham Əliyevin
ideyalarının təbliği ilə bağlıdır. Cənab
Prezident, biz Sizinlə fəxr edirik və əmin edirik ki,
Yaroslavlda yaşayan azərbaycanlılar Sizi və siyasi
kursunuzu daim dəstəkləyəcəklər”.
Türkiyənin
Antalya şəhərindən Üzeyir Tapdıqlı: "Hörmətli cənab Prezident, bu məktubu
yazaraq Sizə hər şey üçün dərin təşəkkürümü
bildirirəm. Öncə ölkəmizi inkişaf etdirdiniz,
kadr islahatları apardınız, sonra isə bütün
xalqımızın həsrətində olduğu
Qarabağı azad etdiniz. Mən Antalyada yaşayıram,
ürək-damar cərrahlığı sahəsində həkim
işləyirəm. İmkan olduqca, vaxt tapdıqca ölkəmizdə
baş verənləri izləyirəm. Təbii ki, xalq
üçün gördüyünüz işlər sadəcə
bu günlər baş verənlərlə kifayətlənmir.
Xalqın xeyrinə yüzlərlə önəmli işləriniz
olub və yenə olacağına əminəm. Hər şey
üçün Sizə təşəkkürlərimi
bildirirəm. Bütün Azərbaycan xalqı Sizin
arxanızdadır, bundan əmin ola bilərsiniz. Sizi çox
sevirik. Ürəyimdəki sözləri, hissləri bir məktuba
yerləşdirmək mümkün deyil, İnşallah, nə
vaxtsa Sizinlə görüşmək qismət olarsa, ən səmimi
təşəkkürlərimi Sizə çatdıraram”.
Ağdam
sakini Kərim Yaqubov: "Hörmətli cənab
Prezident, mən və ailəm 27 ildən artıqdır ki,
öz doğma kəndimiz - İlxıçı kəndindən
uzaq düşmüşük. Şükür Allaha ki, sayənizdə
Qarabağ torpağımız, Ağdamımız Sizin
komandanlığınız altında rəşadətli və
müzəffər Ordumuz tərəfindən yağı
düşməndən azad olundu. Aztəminatlı ailənin
üzvü olduğum üçün özünüməşğulluq
proqramı çərçivəsində dövlət tərəfindən
mənə verilmiş xırdabuynuzlu heyvanları
işğaldan azad olunmuş doğma kəndimizdə
saxlayıb artıracağam. Torpaqlarımızın azad
olunması münasibətilə Sizi səmimi qəlbdən təbrik
edirəm. Allah Sizi və ailənizi qorusun!”.
Kəlbəcər
sakini Rasim Əliyev: "Çox hörmətli cənab
Prezident, çox çətin missiyanın öhdəsindən
gələrək əzəli Qarabağ
torpaqlarımızı erməni təcavüzkarlarından
azad etdiniz, mənliyimizi, qürurumuzu özümüzə
qaytardınız. Bununla düşmən bir daha
qarşısında heç vaxt ərazilərinin
işğalı ilə barışmayan güclü xalq
gördü. Bu günün sevincini bizə
yaşatdığınız üçün ailəm
adından və şəxsən öz adımdan Sizə dərin
təşəkkürümü bildirirəm. Uca
Tanrıdan Sizə möhkəm cansağlığı, uzun
ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni
uğurlar arzulayırıq. Zəfərimiz mübarək
olsun!”.
Naxçıvandan
Etibar Bababəyli yazır: "Cənab Prezident,
Müzəffər Ali Baş Komandan, Azərbaycan Ordusunun
2020-ci il sentyabrın 27-dən keçirdiyi uğurlu hərbi əməliyyatlar
nəticəsində ard-arda rayonlarımızın
düşmən tapdağından azad edilməsi Silahlı
Qüvvələrin Ali Baş Komandanı kimi Sizin müdrik rəhbərliyinizin
nəticəsidir. Sizi və müzəffər Azərbaycan
Ordusunu Qarabağın azad olunması münasibətilə təbrik
edirəm. Mən Sizinlə və şanlı Ordumuzla fəxr
edirəm və qürur duyuram. Ulu öndərimiz
Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq və onun vəsiyyətinə
əməl edərək işğal altındakı
torpaqlarımızı, xüsusilə də Şuşa şəhərini
işğaldan azad etdiniz. Əziz Prezidentimiz, Siz
Şuşanın azad edilməsi xəbərini Şəhidlər
xiyabanından xalqa çatdırmaqla mənəvi dəyərlərimizə sadiq, vətənpərvər,
qeyrətli Azərbaycan oğlu olduğunuzu bir daha təsdiq
etdiniz. 1990-cı ildə Nehrəm kənd
ağsaqqalarının ulu öndərimiz Heydər Əliyevə
Qarabağın düzgün həll variantı haqqında
verdikləri sualın cavabı onun vəsiyyətinə və
arzusuna tam uyğundur. Son 200-ildə dəfələrlə
basılan, qarış-qarış yonulan Azərbaycan
torpaqlarının bütövləşməsi, türk
dünyası ilə pozulmuş coğrafi ərazilərin bərpa
olunması Sizin məqsədyönlü, doğru siyasətinizin
nəticəsidir. Naxçıvanla Azərbaycan, Türkiyə
ilə Azərbaycan və Azərbaycan üzərindən
Türkiyə-Rusiya-dünya ölkələri quru yolunun
açılmasını həmişə xəyal etmişik.
Bu gün bu gerçəkdir, həqiqətdir, tarixi sənətdir.
Güclü və iradəli Prezident, Müzəffər
Ali Baş Komandan, bu möhtəşəm hadisə ilə
bağlı Siz başda olmaqla bütün xalqımızı
təbrik edir və 9 Noyabr - Dövlət Bayrağı
Günü ərəfəsində xalqımıza bu sevinci
yaşadıb şanlı Bayrağımızı
Şuşada ucaltmaqla tarix yazdığınızı fəxarətlə
vurğulayıram. Sizi və şanlı Ordumuzu
möhtəşəm Qələbə münasibətilə
şəxsən özüm və ailəm adından ürəkdən
təbrik edirik, igid, qəhrəman tarix yazan əsgər və
zabitlərimizə cansağlığı, uzun ömür və
müvəffəqiyyətlər arzulayırıq. Şəhidlərimizin
ruhu qarşısında baş əyirəm, yaxınlarına
səbir diləyirəm! Şəhidlərimizin ruhu şad
olsun! Şəhidlərimizə Allah rəhmət etsin! Eşq
olsun Ali Baş Komandana! Eşq olsun Ordumuza! Ulu Tanrı Sizi, Azərbaycan
Ordusunu, əsgər və zabitlərimizi qorusun! Yaşasın
Ali Baş Komandan! Yaşasın Ordumuz! Yaşasın Azərbaycan!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Lənkərandan
Rüstəm Cəfərov yazır: "Hörmətli cənab
Prezident, Sizi torpaqlarımızın işğaldan azad edilməsi
və Qələbə qazanmağımız münasibətilə
təbrik edirəm. Torpaqlarımızın azadlığı
Sizin ölkəmiz naminə yorulmaz fəaliyyətinizin nəticəsidir.
Bu yolda Sizə daim müvəffəqiyyətlər arzu edirəm.
Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan
xalqı! Qarabağ Azərbaycandır!”.
Babək
rayonundan Allahverdi Həsənov: "Müzəffər
Ali Baş Komandan, Siz bu Vətən müharibəsində erməni
faşistləri üzərində qazandığınız
möhtəşəm Qələbə ilə eyni zamanda,
onların yüz illərdən bəri Naxçıvana olan
iddialarını puça çıxardınız. Çox
hörmətli Prezidentimiz, Sizin komandanlığınızla
yenilməz Ordumuz Qarabağı mənfur düşməndən
azad etdi, möhtəşəm Qələbə qazandı. Bu
Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə
yazılacaq. Cənab Prezident, qazandığımız Qələbənin
mahir təşkilatçısı, baş memarı Sizsiniz.
Uca Tanrı Sizi qorusun! Zəfərimiz mübarək olsun!”.
Gəncə
şəhərindən Nailə Bağırova: "Cənab
Prezident, misilsiz Qələbəmiz münasibətilə Sizi təbrik
edirəm. Bu müharibə torpaq davası deyil, namus, qeyrət,
mərdlik davasıdır. Bu davada qalib olduğunuz
üçün xalq Sizə layiq olduğunuz adı verib
"Tarix yazan Sərkərdə, xilaskar Prezident".
Bütün çıxışlarınızı xalq əzbərləyib.
Min illər keçsə də, Azərbaycan durduqca, dünya
var olduqca, Sizin adınız tək Azərbaycan tarixində
deyil, dünya tarixində qalacaq. Azərbaycan xalqının
özünəinamını, mənəviyyatını, mərdlik,
cəsarət, dostluq, səbir kimi keyfiyyətlərini
qaytardığınız üçün Sizin
qarşınızda baş əyirəm. Sağ olun, var olun.
Allah Sizi və Sizin rəhbərliyiniz altında bu qələbəni
bizə gətirən şanlı Ordumuzu qorusun, Haqq yolunda
şəhid olanlara rəhmət eləsin!”.
Beyləqandan
Kənan Hümbətli: "Hörmətli cənab Prezident,
Müzəffər Ali Baş Komandan, Siz ümummilli lider Heydər
Əliyevin başladığı böyük yolu layiqincə
davam etdirirsiniz. Siz böyük siyasi Lider, strateq, əsl
Komandan olmaqla bərabər layiqli övladsınız. Sizi və
xalqımızı Qələbə münasibətilə təbrik
edirəm. Bütün idman
yarışlarında və digər istiqamətlərdə
könüllü kimi fəaliyyət göstərən Azərbaycan
vətəndaşları, xüsusilə gənclər bu
günlər qazanılan qələbədə də
könüllü kimi ilk sırada idi. Hər zaman fəaliyyətimizlə
xalqımız, millətimiz və dövlətimiz
üçün yararlı olmağa hazırıq. Sizin rəhbərliyinizlə
könüllülərin Vətən uğrunda xidmətləri
gələcəkdə də ölkəmizə rifah gətirəcək.
Daim Sizin əmrinizlə irəli getməyə hazırıq”.
Sabirabaddan
Gülüstan Qəhrəmanova: "Müzəffər Ali
Baş Komandan, Sizin rəhbərliyinizlə şücaətli
Ordumuzun yazdığı, əsrlərlə unudulmayacaq
şanlı tariximizlə fəxr edir və qürur duyuruq.
Sizin rəhbərliyinizlə şanlı Ordumuzun tarixi zəfərləri
uzun zaman keçsə də, yenidən doğma Qarabağ
sevincini yaşamağı bizlərə qismət etdi.
Qarabağın azadlığı Vətən sevgimizi daha da
nurlandırır. Mən fəxr edirəm ki, Azərbaycanımızın
ayrılmaz hissəsi olan azad Qarabağ yurdunun sakiniyəm”.
Biləsuvardan
Rəfiqə Əliyeva: "Möhtərəm
Prezident cənab İlham Əliyev, Sizin möhkəm iradəniz
sayəsində xalqımızın 30 ilə yaxın olan
ağrılı, qanlı-qadalı günləri geridə
qaldı. Sizi, xalqımızı, Ordumuzu möhtəşəm
qələbə münasibətilə təbrik edir, ulu
xalqımın əvəzsiz Liderinə ən səmimi
arzularımı çatdırıram. Hamımız sevinirik,
düşməndən şəhidlərimizin qisasını
aldıq, torpaqlarımız azad olundu. Şəhidlərimizin
ruhu qarşısında borcumuzu verdik. Bunlar müqəddəs
hisslərdir. Keçirdiyimiz bu ifadəsiz sevinc
hisslərini bizə bəxş etdiyiniz üçün Sizə,
yenilməz Ordumuza sonsuz minnətdarlığımızı
bildiririk. İnanırıq ki, qalib, yenilməz sərkərdəmiz
kimi Sizin rəhbərliyiniz altında ölkəmiz gündən-günə
çiçəklənəcək, xalqımızın
rifahı daha da yüksələcək. Sizə, ailənizə
cansağlığı, bundan sonrakı fəaliyyətinizdə
uğurlar diləyirəm. Var olsun Azərbaycan xalqı,
yaşasın Ali Baş Komandan!”.
İmişli
sakini Cəbrayıl Şirəliyev: "Möhtərəm
cənab Prezident, Müzəffər Ali Baş Komandan,
işğal olunmuş ərazilərimizin müdrik rəhbərliyinizlə
Müzəffər Ordumuz tərəfindən azad edilməsi
münasibətilə Sizi ailəmiz adından səmimi qəlbdən
təbrik edir, Sizə möhkəm cansağlığı, Vətənimizin
çiçəklənməsi, dövlətimizin və
dövlətçiliyimizin daha da inkişafı naminə səmərəli
fəaliyyətinizdə böyük nailiyyətlər,
yeni-yeni uğurlar arzulayırıq. Cənab
Prezident, Sizin adınız şanlı Qələbə
tariximizə qızıl hərflərlə əbədi həkk
edilmişdir. İşğal altında olan müqəddəs
torpaqlarımızı mənfur erməni
tör-töküntülərindən, iblis xislətli erməni
faşizmindən, insanlıqdan, humanizm və sivil düşüncə
tərzindən uzaq cəlladlardan azad etdiyiniz üçün
Sizə sonsuz minnətdarlığımızı bildiririk. Döyüş meydanında və
danışıqlar masası arxasında yenilməz iradə,
siyasi müdriklik və əzm nümayiş etdirərək
qazandığınız möhtəşəm Qələbə
Azərbaycan xalqında özünə inam
formalaşdırmış, hər bir azərbaycanlının
qəlbində və vicdanında Ali Baş Komandanına olan
ümid və güvəni daha da yüksəltmişdir.
Biz Sizinlə fəxr edirik! Vətənimizin
azadlığı uğrunda canlarından keçən şəhidlərimizə
Uca Tanrıdan rəhmət diləyir, müqəddəs
ruhları qarşısında baş əyirik. Yaralı əsgərlərimizə
şəfa diləyirik. Qarabağ Azərbaycandır!”.
Abşeron
rayon sakini Nağı Məmmədov: "Möhtərəm
Prezident, Müzəffər Ali Baş Komandan, bu məktubu həyəcansız
yazmaq mümkün deyil. Hər bir qiymətli, dəyərli
söz Sizin gördüyünüz işlər
qarşısında acizdir. Uğurlu siyasətiniz, təmkininiz,
uzaqgörənliyiniz 2020-ci il sentyabrın 27-dən başlayan
bu Vətən müharibəsində bir daha özünü
sübut etdi. Azərbaycan xalqı ilə ünsiyyətiniz,
xalqı arxanızca aparmaq bacarığınız, xalqa
müraciətiniz bunun bariz nümunəsidir. Lider ölkənin Lider Prezidenti, Azərbaycan
xalqı lider kimi yalnız Sizi qəbul edir. Ölkə daxilində
sabitliyin qorunub saxlanılması bu nailiyyətlər
üçün əlverişli zəmin
yaratmışdır. Respublikada sabitliyin
pozulmasında maraqlı olan xarici və daxili qüvvələrə
qarşı qətiyyətli mübarizəniz nəticəsində
bir sıra ölkələrdə həyata keçirilən
"rəngli inqilablar” ssenarisi Azərbaycanda iflasa
uğradı, iqtisadi inkişaf üçün lazım olan
dinc şərait təmin olundu. Əvvəlki illərdən
fərqli olaraq inflyasiyanın səviyyəsinin
azadılması, minimum əməkhaqqının daha da
yüksəldilməsi, regionların sosial-iqtisadi
inkişafı ilə bağlı dövlət
proqramlarının həyata keçirilməsi, əhalinin
sosial-iqtisadi vəziyyətinin yaxşılaşması,
korrupsiyaya qarşı mübarizə sahəsində
aparılan çoxcəhətli fəaliyyət, vətəndaş
həmrəyliyinin daha da inkişafı və s. sahələrdə
qazanılmış uğurlar xarici siyasətdə də
müvəffəqiyyətlər qazanılmasına imkan
yaratdı. Bütün bunlarla yanaşı,
Qarabağ savaşında da atdığınız uğurlu
addımlar möhtəşəm Qələbə ilə nəticələndi.
Azərbaycanı bütün bəşəriyyətə
tanıtdınız. Ali Baş Komandan kimi əzmkarlığınız,
qətiyyətliliyiniz sayəsində Azərbaycan Ordusunun
mükəmməl hazırlığı, hərbi
kadrların düzgün seçimi hər bir kəsə bariz
nümunədir. Biz Sizinlə fəxr edirik! Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var, Sərkərdəmiz
var. Azərbaycan xalqı Sizi çox sevir, həmişə
arxanızdadır. Gələcək
işlərinizdə uğurlar arzulayırıq. Bəli, Ulu Öndərin təbirincə desək,
"Mən fəxr edirəm ki, azərbaycanlıyam!”. Biz fəxr edirik ki, azərbaycanlıyıq. Azərbaycan artıq bütövləşdi, ərazisi
tamamlandı. Azərbaycan tarixinə yeni
tarix yazdınız. Bu tarix əbədi
qalacaq. Bütün nehrəmlilər
adından Sizə minnətdarıq. Yaşasın Ali
Baş Komandan! Yaşasın Milli Ordumuz! Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!”.
Kəlbəcər
sakini Tofiq Allahverdiyev: "Hörmətli cənab Prezident,
Müzəffər Ali Baş Komandan, mən öz adımdan və
bütün Kəlbəcər rayonunun sakinləri adından
Sizə dərin minnətdarlığımı bildirmək
istəyirəm. Siz bizim 27 illik Vətən həsrətimizə
son qoydunuz. Biz artıq öz dədə-baba yurdumuza - Kəlbəcərimizə
qayıdırıq və bu, Sizin
yürütdüyünüz mükəmməl siyasətin nəticəsidir.
Siz bizim gözümüzdə və qəlbimizdə
bir Fateh olaraq yaşayacaqsınız. Siz bu
dünyada bizə cənnəti bəxş etdiniz. Allah Sizi və
ailənizi daim qorusun!”.
Beyləqan
sakini Nicat Quliyev: "Müzəffər Ali
Baş Komandan, doğma Qarabağın azad olunması xəbərlərini
xalqımıza çatdırdığınız bu xoş
günlərdə Sizə təşəkkür məktubumu
göndərərək bildirmək istəyirəm ki, atam
Quliyev Bəxşeyiş Maşallah oğlu 1-ci Qarabağ
müharibəsində iştirak edərək, Füzuli
rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən
döyüşlərdə 1994-cü il martın 16-da qəhrəmancasına
şəhid olmuşdur. Mən atamın qisasını
alacağım günün həsrəti ilə
yaşayırdım. Sizin güclü siyasətinizin
və müzəffər Ordumuzun canı və qanı
bahasına ard-arda qazanılan qələbələr məni
çox sevindirdi, qürurlandırdı. Başda Siz olmaqla,
qüdrətli Ordumuzun bütün igid əsgərlərinə
sonsuz minnətdarlığımı bildirirəm. Şəhidlərimizin
qanı yerdə qalmadı, ruhları şad oldu.
Gözün aydın, Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.
Şəmkirdən
Anar Hacıyev: "Hörmətli cənab Prezident, bizə
yaşatdığınız bu böyük Qələbə
sevincinə görə şəxsən Sizə və müzəffər
Azərbaycan Ordusuna təşəkkür edirəm.
Düşmən üzərindəki zəfərimiz
münasibətilə Sizi və Azərbaycan xalqını
ürəkdən təbrik edirəm. Yazdığınız
Qarabağ salnaməsinin sevinci hər kəsə qürur hissi
bəxş edir. Müzəffər Ali Baş Komandan, Sizə
uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah
Sizi qorusun! Qarabağ Azərbaycandır!”.
Gəncə
sakini Şəbnəm Yarəhmədova: "Cənab Prezident,
çox hörmətli İlham Heydər oğlu, Sizi erməni
işğalçılarına qarşı İkinci
Qarabağ müharibəsində Qələbə münasibətilə
təbrik edim. Sizə minnətdarlığımızı
bildirirəm ki, Siz və şanlı Azərbaycan Ordusu bizə,
bizim hər birimizə Qələbə bəxş etdiniz. Azərbaycanda
hər bir evə, kəndə, şəhərə Qələbə
gəldi. Sizin əzminiz, qətiyyətiniz, Ordumuzun yenilməzliyi
sayəsində Qələbə sevinci yaşayırıq.
Sağ olun, var olun ki, 28 illik həsrətə son qoydunuz.
Qarabağımız bizim oldu, hər zaman da bizim olacaq. Biz
sonsuz qürur duyuruq ki, ölkəmizin Sizin kimi Prezidenti,
Ordumuzun isə Sizin kimi Ali Baş Komandanı var. Allah Sizi və
ailənizi qorusun! Yaşasın Azərbaycan! Yaşasın Ali
Baş Komandan! Qarabağ Azərbaycandır!”.
Qubadan
Emin Məmmədov: "Hörmətli cənab
Prezident, Sizi ölkəmizin ərazi bütövlüyü
uğrunda apardığımız bu haqq savaşında erməni
işğalçıları üzərində
qazandığımız Qələbə münasibətilə
ailəm və öz adımdan ürəkdən təbrik edirəm.
Azərbaycanın xilaskarı Ali Baş Komandanımıza,
müzəffər Azərbaycan Ordusunun bütün əsgər
və zabit heyətinə uca Tanrıdan
cansağlığı arzulayıram. Müzəffər Ali Baş
Komandan, Siz hər bir Azərbaycan vətəndaşının
arzuladığı bir hissi, yəni qalib ölkənin vətəndaşı
olmaq kimi şərəfli və qürurverici bir hissi bizlərə
yaşatdınız. Biz tarixdə görünməyən bir
prosesin, Azərbaycanın işğal olunmuş ərazilərinin
xain düşməndən azad olunmasının şahidi
olduq. Artıq başqa dövlətlərə səfər
etdikdə də biz öz torpağının bir
qarışının belə düşmən
tapdağında qalmasına razı olmayan, son nəfəsinədək
vuruşaraq torpağını yağı düşməndən
azad edən qalib bir ölkənin qürurlu vətəndaşı
kimi fəxarət hissi keçirəcəyik. Artıq məcburi
köçkünlərimizin öz tarixi ata-baba yurdlarına
qayıda bilməsi bizləri çox sevindirir. Bu şərəfli
hissləri bizə yaşatdığınıza görə
bir daha Sizə və rəşadətli Ordumuza təşəkkür
edirəm. Allahdan bütün şəhidlərimizə rəhmət
diləyirəm, valideynlərinə "Allah səbir versin”
deyirəm, yaralı əsgərlərimizə isə tezliklə
sağalmalarını arzu edirəm. Qarabağ Azərbaycandır!
Yaşasın bütöv Azərbaycan!”.
Göygöl
rayonundan Raqif Tağıyev: "Hörmətli cənab
Prezident, 200 illik tariximizdə işğal olunan
torpaqlarımız geri alınmayıb. Kəlbəcər
rayonunun alınması mənə yuxu kimi gəlirdi. Siz bu
yuxunu reallığa çevirdiniz. Buna görə Sizə
sonsuz minnətdarlığımızı bildiririk. Bundan sonra
ölkəmizin və xalqımızın tarixində yeni
dövr başlayır. Artıq biz məcburi
köçkün deyilik, tezliklə öz evimizə dönəcəyimiz
günü səbirsizliklə gözləyirik.
Qazandığınız zəfərlə Azərbaycan
xalqının başını uca etdiniz, məğrur və
yenilməz xalq olduğunu bütün dünyaya sübut
etdiniz. Allah Sizi həmişə uca etsin! Var olun, cənab Prezident!
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan
Ordusu! Qarabağ Azərbaycandır!”.
Azərbaycan. - 2020.-4 dekabr.- S.2.