İqtidarın siyasi
dialoq təşəbbüsləri
davam edir
Azərbaycanda iqtidar-müxalifət dialoqunun
inkişafı Prezident
İlham Əliyevin dövlətçilik siyasətinin
prinsipial istiqamətlərindəndir.
Təqdirəlayiq haldır
ki, ölkədə yeni siyasi konfiqurasiyanın
formalaşmasında müxalifət
partiyaları yaxından
iştirak edirlər. Sözügedən hal bilavasitə demokratik münasibətlərin təzahürüdür.
Məlumat verildiyi kimi, Prezident Administrasiyasının Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri
Ədalət Vəliyevin
mütəmadi şəkildə
partiya rəhbərləri
və ictimai fəallar ilə görüşləri təşkil
olunur.
AZƏRTAC
xəbər verir ki, bu səpkidə növbəti
görüşlər ayrı-ayrılıqda videokonfrans
formatında dekabrın 2-də Milli Məclisin deputatları -
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri
Qüdrət Həsənquliyev, həmçinin Milli
İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və
Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz ilə
keçirilib.
Görüşlərdə
Vətən Müharibəsində
qazanılmış böyük
Qələbə, Ordumuzun
şücaəti, Azərbaycanın
keyfiyyət etibarilə
yeni inkişaf mərhələsinə keçməsi,
siyasi həmrəylik istiqamətində əldə
olunmuş uğurların
qorunması, COVID-19 pandemiyası
ilə mübarizədə
vətəndaşların fəallığı, VI çağırış
Milli Məclisin fəaliyyəti, "Siyasi
partiyalar haqqında” Qanunun yeni layihəsi
və bir sıra digər önəmli mövzular müzakirə edilib.
Vətən
Müharibəsi ətrafında
fikir mübadiləsi aparılaraq bildirilib ki, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, əslində, dünyaya yeni hərbi strategiya nümayiş etdirib. Əminliklə vurğulanıb ki, Azərbaycanın sözügedən
təcrübəsi bir
çox ölkələr
tərəfindən öyrəniləcək.
Belə ki, cəmi 44 gün davam edən müharibə, əslində,
fərqli hərbi strategiyaların savaşı
idi. Görüş zamanı xüsusi olaraq qeyd edilib
ki, müharibədən
sonrakı dövrdə
aparılacaq sərt informasiya müharibəsində
də siyasi həmrəyliyin nümayişi
olduqca vacibdir. Odur ki, siyasi
partiyaların birliyinin
və qarşılıqlı
dəstək mühitinin
qorunması strateji vəzifədir.
Administrasiyanın rəsmisi mövzunu inkişaf etdirərək,
təşkil olunan görüşlər zamanı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 1 dekabr tarixli Qələbə nitqinə müraciət edərək sözügedən
çıxışdan sitat
gətirib: "Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən
azad etdik, üç rayonu düşməni məcbur
edərək qaytardıq
və beləliklə,
Dağlıq Qarabağ
münaqişəsini həll
etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi
yoxdur”.
Prezidentin bu sözlərini, əslində, ölkəmizi
mahiyyət və keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə çıxardığını
vurğulayan Ə.Vəliyev
Azərbaycan cəmiyyətinin
bundan sonra da aparılacaq islahatlara hazır olmasının vacibliyini bildirib.
"Vətən Müharibəsində
əldə olunmuş
Qələbə, eyni
zamanda, Azərbaycanda
1 milyondan çox qaçqın və məcburi köçkün
probleminin həlli deməkdir. Odur ki, sözün əsl mənasında, Azərbaycanı yaxın gələcəkdə böyük
quruluş işləri
gözləyir”, – deyən
Administrasiya rəsmisi
sözügedən istiqamətdə
də əməkdaşlığın
önəmli olduğunu
bildirib.
Adıçəkilən
görüşlər əsnasında
Qələbənin, eyni
zamanda, şəhidlərin
qanı hesabına əldə olunduğunu qeyd edən Ə.Vəliyev vurğulayıb
ki, düşmənin
mülki əhalini atəşə tutmasını
da unutmaq olmaz və bu
kimi faktları beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırmaq
prinsipial vəzifədir. Bunu əsas tutaraq bütün görüşlərdə Vətənin
şəhid olmuş övladlarına Allahdan rəhmət, ailələrinə
və yaxınlarına
səbr, yaralılara isə şəfa dilənilib.
Ölkədə başlamış islahatların
səmərəliliyi mütləq
müvafiq qanunvericilik
bazası ilə dəstəklənməlidir. Bu
mənada Milli Məclisin rolunu vurğulayan Ə.Vəliyev
islahatların ruhuna və demokratik dəyərlərin inkişafına
dəstək olacaq yeni qanun layihələrinə
böyük ehtiyac olduğunu bildirib. Odur ki, çeviklik,
müasirlik və innovativlik kimi keyfiyyətlər müasir
Milli Məclisin əsas xüsusiyyətlərinə
çevrilməlidir.
Həmçinin
görüşlərdə bütün dünyanı
narahat edən COVID-19 pandemiyası və müşahidə olunan tendensiyalar müzakirə edilib. Ölkəmizdə koronavirusa yoluxma sayı Prezidentin rəhbərliyi ilə qəbul edilmiş qərarlar nəticəsində
mümkün qədər
minimal səviyyədə
saxlanılıb. Bundan əlavə, dövlətimizin
başçısının göstərişi ilə
modul tipli yeni xəstəxanaların,
həmçinin tibbi maska və dezinfeksiya
vasitələri istehsal
edən müəssisələrin
istifadəyə verilməsi,
zəruri tibbi avadanlıqların Azərbaycana
gətirilməsi, xaricdən
həkim-mütəxəssislərin ölkəmizə
dəvət edilməsi
pandemiya ilə mübarizəyə müsbət
təsir göstərib.
Görüşlər zamanı siyasi partiyaların fəaliyyəti
haqqında fikir mübadiləsi də aparılıb. Qeyd olunub ki, siyasi
partiyaların fəallığı
Azərbaycanda vətəndaş
cəmiyyətinin əsaslarının
inkişafı üçün
zəmin yaradır. Bu səbəbdən də dövlət tərəfindən siyasi partiyalara ayrılan diqqət məhz demokratiyanın inkişafına
yönəlmiş sərmayə
kimi dəyərləndirilməlidir.
Partiya
sədrləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Arzuxan Əlizadə və Yunus Oğuz çıxış edərək
dövlətimizin başçısı
İlham Əliyevin Azərbaycanda "Anım
Günü”, "Zəfər
Günü”, həmçinin
Vətən Müharibəsində
Qələbə ilə
bağlı müvafiq
orden və medalların təsis olunmasına dair sərəncamlarını
yüksək qiymətləndirib,
bu addımların ölkəmizdə milli birliyin inkişafına əvəzsiz töhfə
olacağına əminliklərini
bildiriblər.
Görüşə görə təşəkkürlərini
bildirən partiya sədrləri dövlətçiliyimizin,
iqtidar-müxalifət arasında
dialoqun və yeni siyasi konfiqurasiyanın
inkişafına hər
zaman dəstək olacaqlarını vurğulayıblar.
Azərbaycan. - 2020.- 4 dekabr.- S.2.