Azərbaycan Sənaye KorporasiyasıAçıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. "Azərbaycan Sənaye KorporasiyasıAçıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (I kitab), maddə 2272; 2018, ¹ 6, maddə 1201; 2020, ¹ 2, maddə 102, ¹ 4, maddə 414, ¹ 5, maddə 545) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 7.5-ci bənddə ikinci halda "mülkiyyətinə (balansına)” sözləri " ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə (balansına, istifadəsinə)” sözləri ilə əvəz edilsin;

 

1.2. 11.1-ci bənddə "tələblərinəsözü "7.5-ci bəndinəsözləri ilə, "mülkiyyətinə (balansına)” sözləri ", müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə)” sözləri ilə əvəz edilsin;

 

1.3. 11.2-ci bənddə "mülkiyyətinə (balansına)” sözləri ", müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə)” sözləri ilə əvəz edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 2 dekabr 2020-ci il

 

Azərbaycan. - 2020.-4 dekabr.- S.3.