Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

 

 

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə münasibətilə Sizi, Azərbaycan dövlətini və əziz Azərbaycan xalqını Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri olaraq ürəkdən təbrik edirik.

Bu çətin günlərdə Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu xalqımızın Prezidentimizə əsgərimizə olan inamını, öz gücünə etimadını fəxarətlə doğrultdu. Bu nailiyyətlər heç şübhəsiz ki, Sizin uğurla həyata keçirdiyiniz uzaqgörən siyasət nəticəsində qazanıldı. Bütün dünya azərbaycanlıları kimi, Bolqarıstanda yaşayan azərbaycanlılar da bu gün çox qürurlu olduqca məğrurdurlar. Siz ordusu xalq olan Azərbaycan yaratdınız bu iftixar Sizin əsərinizdir.

Böyük sevinc qürur hissi ilə qeyd etdiyimiz bu şanlı Qələbə bütün dünyaya Ali Baş Komandan olaraq Sizin möhkəm iradənizi, Azərbaycan xalqının həmrəylik ruhunu Azərbaycan Ordusunun döyüş əzmini, eləcə potensial bacarığını sübut etdi. Məhz Sizin səyləriniz nəticəsində öz təşkilat strukturuna, təlim imkanlarına, hərbi təchizatına digər xüsusiyyətlərinə görə yüksək standartlara cavab verən Azərbaycan Ordusu peşəkarlığı əzmkarlığı ilə Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilib. Mahir sərkərdə olaraq Sizin öndərliyinizdə qazanılmış bu möhtəşəm Qələbə tariximizdə şanlı əlamətdar hadisə olaraq yer alacaqdır. Bu Qələbəni xalqımıza yaşadan Müzəffər Ali Baş Komandana şanlı Azərbaycan əsgərinə təşəkkür etməyi özümüzə borc bilirik.

Bu gün sevincimizin və rəhbərimizə olan güvənimizin həddi-hüdudu yoxdur. Böyük sərkərdəlik məharəti ilə idarə etdiyiniz Azərbaycan Ordusunun zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı. Azərbaycan Prezidentinin iradəsi Azərbaycan Ordusunun qətiyyəti qarşısında tab gətirə bilməyəcəyini, məhvə düçar olacağını anlayan düşmən məğlubiyyətini etiraf edərək diz çökməyə məcbur oldu. Şəhid analarının ürəyi rahat olsun, şəhidlərimizin məzarı nurla dolsun, çünki Sizin polad iradəsiniz sayəsində onların qanı yerdə qalmadı. Biz inanırıq ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan Respublikası daha yüksək sürətlə inkişaf edərək yeni üfüqlərə qədəm qoyacaqdır.

Bu ağır günlərdə qəlbi daim doğma Azərbaycanımızla döyünən vətəndaş soydaşlar olaraq Sizə ən xoş diləklərimizi çatdırmaq istəyirik. Fürsətdən istifadə edərək doğma Vətənimizin, milli dövlətçiliyimizin tərəqqisi naminə göstərdiyiniz çətin şərəfli xidmətinizdə Sizə daha böyük nailiyyətlər, əvəzolunmaz müvəffəqiyyətlər arzu edirik.

 

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

 

Dərin hörmətlə,

Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri:

 

Natella Abdullayevə

 

Nərgiz Stefanova

 

Ellada Dotçeva

 

Sofiya ŞıqayevaMitreska

 

Kamalə Məmmədova

 

Nərgiz Əhmədovaİvanova

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S.3.

 

Todor İvanov