İşğaldan azad edilmiş ərazilərdə
təhlükəsizlik tədbirləri
gücləndirilir
Müzəffər Azərbaycan Ordusunun sentyabrın 27-dən noyabrın
10-dək keçirdiyi uğurlu
əks-hücum əməliyyatları
nəticəsində işğaldan
azad edilmiş ərazilərimizdə təhlükəsizlik
tədbirləri gücləndirilir.
Daxili İşlər Nazirliyinin
mətbuat xidmətinin
Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib
ki, Tərtər Rayon Polis Şöbəsinin
əməkdaşları rayonun
işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti
fəaliyyəti bərpa
ediblər. Kəndlərin
ərazisində təhlükəsizliyi
təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.
Azərbaycan. - 2020.- 4 dekabr.- S.3.