Pərviz Şahbazov: 2023-cü ildə Azərbaycanda təbii qaz hasilatı illik 50 milyard kubmetrə çatacaq

 

2023-cü ildə Azərbaycanda təbii qaz istehsalı illik 50 milyard kubmetrə, "Şahdənizyatağında isə 25,3 milyard kubmetrə çatacaq.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dekabrın 3-də "İqtisadi artımın bərpası ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanlarımövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib. Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib. Malayziya hökumətinin ev sahibliyi ilə virtual formatda təşkil olunmuş forumda inkişaf etməkdə olan bazarlarda təbii qazın rolu, təbii qaz bazarlarında yeni perspektivlər, dayanıqlı gələcəyə xidmət edəcək dünya qaz bazarlarında dinamik inkişafı dəstəkləyən enerji siyasəti biznes strategiyaları haqqında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində təşkil olunmuş "Genişlənməkdə olan qaz bazarlarında imkanlar: yeni reallıqlar şəraitində istehsalçıistehlakçı perspektivlərimövzusunda nazirlərin dəyirmi masasında çıxış edən P.Şahbazov Cənub Qaz Dəhlizi layihəsi haqqında geniş məlumat verib bildirib ki, cari ilin sonundan etibarən təbii qazın Avropaya nəqlinə başlanacaq. Eyni zamanda, ayrı-ayrılıqda TANAP TAP layihələri haqqında da məlumat verilərək həm bu kəmərlərin, həm ümumilikdə Cənub Qaz Dəhlizinin gələcəkdə nəql imkanlarının genişləndirilməsi daha geniş coğrafiyaya, Cənub-Şərqi Avropa Balkanlara qaz nəqli perspektivlərinin olduğu bildirilib.

Çıxışda, həmçinin Azərbaycanda bu il 38 milyard kubmetr proqnozlaşdırılan qazın 2023-cü ildə təxminən 50 milyard kubmetrə, Cənub Qaz Dəhlizinin əsas mənbəyi olan "Şahdənizyatağından illik hasilatın bu il 18,7 milyard kubmetrə, 2023-cü ildə isə 25,3 milyard kubmetrə çatacağının gözlənildiyi qeyd edilib. Bildirilib ki, indiyə qədər bu yataqdan təxminən 133 milyard kubmetr qaz çıxarılıb, 88,6 milyard kubmetrdən çox qaz ixrac olunub.

Azərbaycanın əks-hücum əməliyyatı və sonrakı siyasi həll mərhələsi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edildiyi və 30 illik Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyulduğu, bununla da Azərbaycanda enerji, o cümlədən qaz infrastrukturuna hərbi təhdidlərin artıq keçmişdə qaldığı da diqqətə çatdırılıb.

Forumda 100-dək yüksək səviyyəli hökumət nümayəndəsi, o cümlədən nazirlər, sənaye liderləri, beynəlxalq təşkilatların rəhbərləri ekspertlər iştirak ediblər.

 

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S.3.