GUAM Parlament Assambleyasının komitələrinin birgə iclası keçirilib

 

 

Dekabrın 2-də GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında 4-cü birgə iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlayn iclasda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Nəsib Məhəməliyev, Əli Məsimli, Cavid Osmanov Qüdrət Həsənquliyev iştirak ediblər.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev gündəliyin ikinci məsələsi - "GUAM məkanında ərazi münaqişələrinin həllinin hüquqi aspektlərimövzusunda çıxış edib. Bildirib ki, bu ilin 27 sentyabr-10 noyabr tarixlərində Ermənistan-Azərbaycan münaqişəsinin növbəti aktiv dövrünün şahidi olduq. Hansı ki, Azərbaycanın tam qələbəsi ilə bitdi. Ordumuz döyüş meydanında torpaqlarımızın böyük bir hissəsini işğalçılardan təmizlədi. Noyabrın 10-da Azərbaycan, Rusiya Ermənistan rəhbərləri arasında birgə Bəyanat imzalandı. Bu sənədə uyğun olaraq Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Ağdam, Kəlbəcər Laçın rayonlarını da Azərbaycana təhvil verdi. Azərbaycan münaqişədən əvvəl orada yaşamış qeydiyyatı olmayan erməni əhalinin çıxarılmasına təkid etmədi onları öz vətəndaşları sayaraq orada qalıb yaşamalarına etiraz etmir. Hazırda razılaşmanın digər mərhələsinin icrası üçün azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır. Onlar Ermənistanın aqressiyası nəticəsində öz torpaqlarını tərk etmək məcburiyyətində qalmış öz ölkələrində məcburi köçkün olmuşdular.

Bu il sentyabrın 27-də hərbi əməliyyatların yenidən başlaması barədə danışan Elnur Allahverdiyev bildirib ki, buna Ermənistan rəhbərliyinin məsuliyyətsiz beynəlxalq hüquqa zidd davranışları səbəb olmuşdu. Deputat xatırladıb ki, bu ilin iyulunda GUAM-ın Büro iclasında Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatları müzakirə etmişdik. Bu təcavüz nəticəsində Azərbaycanın hərbi mülki şəxsləri öldürüldü yaralandı. Bundan sonra avqust ayında Ermənistanın Azərbaycanın ərazisinə daxil olmuş diversiya qrupu zərərsizləşdirildi. Həmin qrupun rəhbəri təsdiqlədi ki, Ermənistan Azərbaycanın yeni ərazilərinin işğalı üçün ciddi hazırlıq işləri görür. Ermənistanın müdafiə naziri yeni doktrina elan etdi. Həmin vaxt Ermənistan hökuməti Cenevrə Konvensiyasına zidd olaraq Livan Suriyadan erməni əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi prosesinə başladı. Elnur Allahverdiyev diqqətə çatdırıb ki, bütün yuxarıda deyilən faktlar yeni müharibənin alovlanmasına səbəb oldu. Azərbaycan isə öz gücü ilə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını təmin etdi. Deputat Azərbaycanın ədalətli mövqeyini təsdiqləyən beynəlxalq sənədlərdə əksini tapmış bir sıra prinsipləri iştirakçıların diqqətinə çatdırdı. Çıxışının sonunda Elnur Allahverdiyev Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə GUAM ölkələrindən olan həmkarlarına təşəkkürünü bildirib.

Sonra tədbirdə GUAM-a üzv olan dövlətlərdə ərazi münaqişələri onların siyasi nəticələri, üzv dövlətlər arasında ticari-iqtisadi əlaqələrin inkişafında perspektivlər imkanlar, GUAM məkanında azad ticarət zonalarının inkişafı, üzv ölkələrdə nəqliyyat dəhlizinin inkişafı logistik ünsiyyətin yaxşılaşdırılması, gömrük sahəsində əməkdaşlıq, quruma üzv ölkələrdə COVID-19 pandemiyası ilə əlaqədar vəziyyət nəzərə alınmaqla elm, mədəniyyət təhsil sahələrində əməkdaşlıq imkanları mövzularında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

Çıxış edənlər Azərbaycana ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıblar. İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əli Məsimli pandemiyanın təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinə təsirindən danışıb, iqtisadiyyatın bərpası yolları barədə fikirlərini bölüşüb.

Sonra iclasda bir sıra təşkilati məsələlərə baxılıb. Bununla da GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında keçirilən 4-cü birgə iclası başa çatıb.

 

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S.3.