Ölkəmizdə hazırlanmış ilk yüksək texnologiyalı protezlər Qarabağ müharibəsi əlillərinə verilib

 

 

3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində innovativ addım atılıb. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin istehsalı sexində hazırlanmış ilk iki protez nümunəsi təqdim edilib. Aşağı ətraf protezləri Qarabağ müharibəsi əlilləri Malik Orucova Ayaz Məmmədova verilib.

Tədbirdə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdul-Qədirov qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə müəssisədə yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması dövlət başçısının əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti göstəricisidir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, C.Əbdul-Qədirov Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin reabilitasiyasına qayğısından bəhs edərək bildirib ki, 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimiz Fond tərəfindən müvafiq layihə çərçivəsində Almaniya, İslandiya və İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı protez məhsulları ilə təmin ediliblər.

Agentlik sədri ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı işinin davamı kimi bu ilin 11 ayında 10 min 424 əlilliyi olan şəxsə 26 min 700-dək reabilitasiya vasitəsi, o cümlədən 900-ə yaxın əlil arabası verildiyini qeyd edib. Bildirib ki, ölkəmizdə reabilitasiya sistemi müasirləşdirildiyi kimi, reabilitasiya vasitələrinin istehsalı praktikası da daim təkmilləşdirilir, qabaqcıl dünya standartlarına uyğunlaşdırılır.

Yüksək texnologiyalı protezlərin hazırlanması sexi dünyanın məşhur protez istehsalçılarından olan "OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində qurulub. Burada həmin şirkətin "Geniumsisteminin, yəni yüksək aktivlik funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında protez istehsalı nəzərdə tutulub. Bu sistem üzrə hazırlanan protezlər elektron oynaq əsasında hərəkətin tam daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz inamlı hərəkətə imkan yaradır, rahatlığı xeyli artırır. Proqram təminatı ilə nizamlanan həmin protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, yüksək texnologiyalı protezlər verilmiş müharibə əlilləri Malik Orucov Ayaz Məmmədov protez istehsalı sahəsində müasir yeniliklərin tətbiqinin təqdirəlayiq olduğunu bildiriblər. Onlar əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının artırılmasına göstərdiyi böyük qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Yüksək texnologiyalı protezlərin üstünlükləri nümayiş edilib, protezlərin istehsalı sexi ilə tanışlıq olub.

Tədbirdə, həmçinin Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Sağlam təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” nominasiyası üzrə respublika müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 236 müəssisə təşkilatdan Protez-Ortopedik İstehsalat Reabilitasiya Mərkəzinin qalib olduğu bildirilib. Komitənin "Sağlam təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsidiplomu təqdim edilib.

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S. 3.