Pakistan
hökuməti Azərbaycana
humanitar yardım göndərib
Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərib.
Pakistanın Azərbaycandakı səfirliyindən
AZƏRTAC-a verilən məlumata
görə, yardım
işğaldan azad edilmiş ərazilərdə
işləyən hərbçilər
və digər insanlar üçün nəzərdə tutulub.
Pakistandan xüsusi təyyarə ilə göndərilən
humanitar yardım Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müvafiq
qurumlarının rəsmilərinə
təhvil verilib.
Pakistanın Azərbaycandakı səfiri
Bilal Haye bildirib ki, bu
yardım ölkəsinin
Azərbaycan xalqına
qardaşlıq münasibətinin
daha bir nümunəsidir. Pakistan hökuməti
və xalqı həmişə Azərbaycanın
yanında olub və azad edilmiş
ərazilərin yenidən
qurulması, məcburi
köçkünlərin ata-baba
yurdlarına qaytarılması
zamanı hərtərəfli
dəstəyini göstərməyə
hazırdır.
Azərbaycan rəsmiləri yardıma görə minnətdarlıq
ediblər.
Azərbaycan.-2020.-
13 dekabr.- S.2.