İtaliyanın “Maschio Gaspardo Group” şirkətinin İdarə Heyəti sədrinin
müavini Andrea Masçiodan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi və xalqınızı "Maschio Gaspardo Group” şirkəti adından Azərbaycan torpaqlarının iyirmi səkkiz illik işğaldan azad olunması uğrunda müharibədə qazandığınız Qələbə və sülh razılaşmasının imzalanması münasibətilə təbrik edirəm. Sizin güclü liderliyinizlə və belə qısa müddət ərzində qazanılan tarixi hərbi uğura şahidlik etmək çox gözəldir.
Sizi həm müasir Azərbaycanın, həm də bütün bölgənin tarixində yeni bir səhifə açan bu şanlı Qələbə münasibətilə bir daha təbrik edirik. Bu Qələbə böyük potensiala və artan geostrateji əhəmiyyətə malik olan bölgə üçün çoxşaxəli və nadir imkanlar, inklüziv regional əməkdaşlıq və davamlı inkişaf üçün parlaq perspektivlər ortaya qoyur.
Sizə ölkənizin işğaldan azad olunmuş ərazilərinin bərpası prosesində yeni-yeni uğurlar arzulayır, Azərbaycan xalqına davamlı sülh, tərəqqi və rifah diləyirik.
Hörmətlə,
Andrea Masçio
İtaliyanın
"Maschio Gaspardo Group” şirkətinin
İdarə Heyəti
sədrinin müavini
Azərbaycan.-2020.- 13 dekabr.- S.2.