Azərbaycanın xarici işlər naziri
ATƏT-in Minsk qrupunun
Fransadan və ABŞ-dan
olan həmsədrləri ilə görüşüb
Dekabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ), Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, görüş bu il noyabrın
10-da üçtərəfli Bəyanatın imzalanmasından
sonra həmsədrlərin bölgəyə həyata
keçirdiyi ilk səfəri çərçivəsində
baş tutub.
Görüşdə
bölgədəki vəziyyət və 10 noyabr tarixli Bəyanatın
icrası ilə bağlı məsələlər müzakirə
edilib.
Azərbaycan.-2020.- 13 dekabr.- S.4.