Erməni vandallarından təmizlənmiş ərazilərimizin potensialından maksimum istifadə olunacaq

 

 

Dekabrın 1-də Laçın rayonunun azad olunması ilə Vətən müharibəsi tarixi qələbəmizlə başa çatdı. Artıq Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub.

Prezident İlham Əliyev hələ Füzuli rayonu işğaldan azad ediləndə bəyan etmişdi ki, erməni vandallarından təmizlənən bütün ərazilərdə geniş quruculuq, abadlıq işləri görüləcək. Həmçinin bildirmişdi ki, düşmən tərəfindən viran qoyulan bu ərazilər əvvəlki vəziyyətindən abad olacaq. Artıq dövlət başçısı tərəfindən böyük qayıdış üçün lazım olan tapşırıqlar verilib.

Qarabağ torpağı zəngin təbii sərvətlərə malikdir. İşğal dövründə ölkəmizin təbii ki, bu sərvətlərdən faydalanmaq imkanı olmayıb. Ermənilər isə işğal altında saxladıqları torpaqlarımızdakı təbii sərvətləri vəhşicəsinə talan ediblər. Lakin onlar ərazilərimizdə müvəqqəti yaşadıqlarını da unutmurdular. Bu səbəbdən isə tikib ondan istifadə etməyə çalışmırdılar. Onlar həmişə bir gün bu torpaqlara sahiblərinin qayıdacağı qorxusu ilə yaşayıblar. Belə oldu. İndi bu torpaqlara öz sahibləri qayıdırlar.

Məlumdur ki, Qarabağ bol sulu çaylarına görə ölkəmizin seçilən bölgələrindəndir. Bununla yanaşı, həmin bölgədə elə yerlər var ki, daim küləkli olması ilə diqqəti cəlb edir. Digər tərəfdən, bu ərazilərdə Günəş enerjisindən istifadə etmək imkanları da genişdir. Bir sözlə, bu bölgədə ekoloji cəhətdən bərpaolunan enerjinin istehsalı üçün böyük potensial var. Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilib ki, bölgədə 4 min meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. İlkin olaraq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın Kəlbəcər rayonlarında Günəş enerjisi istehsalı üçün 7 perspektiv ərazi müəyyən edilib. Həmçinin Laçın Kəlbəcər rayonlarının dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metrə çatan ərazilər var bu, bərpaolunan enerjinin əldə edilməsinə geniş imkanlar açır.

İşğaldan azad olunmuş ərazilərdə tikiləcək bərpaolunan enerji obyektləri təkcə bölgə üçün deyıl, həm bütövlükdə ölkəmiz üçün böyük əhəmiyyət kəsb edəcək. Üstəlik, həmin stansiyalar fəaliyyətə başladıqdan sonra enerji ixracı potensialımız artacaq. Ən başlıcası isə, bu stansiyalar ölkəmizin enerji təhlükəsizliyinin təminatına əlavə stimul verəcək.

Bu gün Azərbaycan enerji təhlükəsizliyini təmin edən nadir ölkələrdəndir. Onu da vurğulayaq ki, ölkəmiz təkcə neft, qazla bağlı tranzit ölkə deyil, həm elektrik enerjisinin ötürülməsində bu statusu daşıyır. Azərbaycan Rusiya, Türkiyə, İran Gürcüstan arasında elektrik enerjisinin tranzitində xüsusi əhəmiyyət kəsb edən ölkədir.

Azərbaycanda əlverişli biznes mühiti infrastrukturun, makroiqtisadi sabitliyin xarici sərmayələrin cəlbi üçün münbit şəraitin olmasının nəticəsidir ki, bu gün xarici investorlar iqtisadiyyatımızın bir çox sahələrinə, o cümlədən bərpaolunan enerji sektoruna vəsait qoymaqda maraqlıdırlar. Bu istiqamətdə Səudiyyə Ərəbistanı Krallığının "Acwa Power Birləşmiş Ərəb Əmirliklərinin "Masdarşirkətləri ilə 240 meqavat gücündə külək 200 meqavat gücündə günəş enerjisi layihələrinin reallaşdırılması istiqamətində icra müqavilələri imzalanmışdır.

Ötən dövr ərzində adıçəkilən şirkətlərin investisiyaları hesabına stansiyaların inşasına başlanması üçün imzalanması zəruri olan elektrik enerjisinin alqı-satqısı, elektrik şəbəkəsinə qoşulma digər müqavilə layihələri hazırlanmışdır. İndi onların razılaşdırma prosesi gedir. Yekun müqavilələr imzalanandan sonra şirkətlər tərəfindən stansiyaların inşasına başlanılması 2023-cü ilədək istismara verilməsi planlaşdırılır.

Elektroenergetika sisteminin infrastrukturunda görülən əhəmiyyətli işlər yeni stansiyaların tikintisi ölkəmizin elektrik enerjisinə olan daxili tələbatını tam ödəməklə yanaşı, imkanlarımızı çoxaldır. Ötən 10 ildə 2055,4 MVt gücündə 23 yeni elektrik stansiyası istismara verilmişdir onların istehsal gücü 7516,5 MVt-a çatmışdır. Hazırda ümumi gücü 1278,8 MVt olan çox sayda su digər bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyaları fəaliyyət göstərir. İqtisadiyyatın inkişafı əhalinin rifah səviyyəsinin yüksəlməsi nəticəsində son 10 ildə elektrik enerjisinin istehsalında 39,7 faiz artım olub, yeni istehsal güclərinin yaradılması 2018-ci ildə həyata keçirilən bərpa proqramı artan tələbatı qarşılamağa imkan verib. İranla əməkdaşlıq çərçivəsində həyata keçirilən su elektrik stansiyalarının tikintisi layihələri, habelə Günəş külək enerjisindən istifadə sahəsində həyata keçiriləcək investisiya layihələri ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin genişlənməsinə xidmət edəcək.

Azərbaycan dinamik inkişaf edən ölkədir. Buna misal kimi iqtisadiyyatın sürətli inkişafını, ildən-ilə qeyri-neft sektorunda məhsul istehsalının artımını göstərmək olar. Yeni istehsal xidmət sahələrinin yaradılması ölkəmizdə elektrik enerjisinə olan tələbatı da artırır. Şübhəsiz ki, işğaldan azad edilən ərazilərə insanların qayıdışı, yeni istehsalat sahələrinin sosial müəssisələrin tikilməsi enerjiyə olan tələbatı çoxaldacaq. Həmin ərazilərdə tikiləcək yeni enerji istehsalı müəssisələri isə bölgənin elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, həm ixrac potensialımızı yüksəldəcək.

 

 

 

Rüstəm KAMAL,

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S.4.