Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin üçdəikisi Azərbaycanın payına düşür

 

 

Belə olan halda Fransa Senatının məlum qətnaməsi oturduğun budağı kəsməyə bənzəyir

 

 

Xəbər verildiyi kimi, noyabrın 18-də Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmuş, noyabrın 25-də isə sənəd Senat tərəfindən qəbul edilmişdir.

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirir ki, qəbul edilən bu qətnamə regionda yeni reallıqların həzm edilə bilməməsini göstərir: "Əslində Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət partnyorudur. Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin üçdəikisi Azərbaycanın payına düşür. Ermənistan Gürcüstanın Fransa ilə ticarətlərinin ümumilikdə həcmi Azərbaycanın Fransa ilə ticarət dövriyyəsindən iki dəfə azdır. 2019-cu ilin məlumatına əsasən, Azərbaycanın Fransaya ixrac etdiyi məhsulların dəyəri 537 milyon, Fransadan idxal olunan malların dəyəri isə 251 milyon dollar olmuşdur. Müqayisə üçün deyək ki, Ermənistanın 2019-cu ildə Fransaya ixracının dəyəri 8,72 milyon, Fransadan aldığı malların dəyəri isə 82,95 milyon dolları keçməmişdir. Azərbaycan Fransaya ixracın dəyərinə görə Ermənistanı 62, Fransadan idxalın dəyərinə görə isə 3 dəfə önləyir. Ticarət dövriyyəsində belə disproporsiya onu göstərir ki, Fransa Senatı praqmatizm ədaləti deyil, respublikanın təməl prinsiplərinə zidd olaraq erməni havadarlarını üstün tutur”.

V.Qasımlının sözlərinə görə, Azərbaycan-Fransa ticarət dövriyyəsi müsbət dinamikaya malikdir: "2019-cu ildə Azərbaycandan Fransaya ixrac əvvəlki ilə nisbətən 21,5, idxal isə 37 faiz artıb. Fransa Azərbaycanın məhsul ixrac etdiyi ölkələr sırasında 4 faiz payla 11-ci, idxalında isə 1,83 faiz payla 12-ci yerdədir. Azərbaycanın 2019-cu ildə Fransadan idxal etdiyi məhsullar sırasında qatarlar, dəmir yolu metro avadanlıqları, efir yağları, ətir kosmetik vasitələr, dərman preparatları, nüvə reaktorları, elektrik avadanlıqları, avtomobil, mebel, işıqlandırma məhsulları s. var”.

Erməni lobbisinin təsiri altında qəbul edilən qərarın Fransa şirkətlərinin Azərbaycandakı mövqelərini zəiflətdiyini deyən icraçı direktor onu da bildirib ki, Azərbaycan bazarında illik 200-300 milyon dollar mal satan, milyardlarla dollarlıq tenderlərdə iştirak edən Fransa şirkətlərinin verdikləri verginin hesabına həmin senatorlar maaş alırlar: "Belə çıxır ki, Fransa Senatı oturduğu budağı baltalamaqla məşğuldur. 10 milyonluq Azərbaycan 83 milyonluq Türkiyə istehlak bazarlarında Fransa şirkətlərinə çətinlik yaradan senatorları başa düşmək çətindir. Azərbaycan bazarında məhsul satan fransız mənşəli şirkətlər - Michelin, Renault, Citroen, Peugeot, Tefal, Loreal, Dior, Lancome, YvesSaintLaurent, Louis Vuitton, Lacoste, Chloe, Chanel, Nina Ricci, Cartier, Givenchy, Garnier, Danone, Activia, President, Perrier, Evian, Elle&Ville, Doux s. gərək Senatı başa salsınlar ki, bu şirkətlər Fransa büdcəsinə vergini öz ölkələrinin milli maraqları üçün ödəyirlər, erməni təəssübkeşliyi üçün yox”.

Vüsal Qasımlı xüsusi qeyd edib ki, Azərbaycan həm Cənubi Qafqazda fransız sərmayələrini ən çox cəlb edən ölkədir: "Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Enerji (Total), nəqliyyat (Alstom, Thales, Iveco, Systra), ətraf mühit (Suez CNIM), kənd təsərrüfatı qida (Lactalis, Danone), hotel biznesi (ACCOR), bankçılıq (Societe Generale), aviasiya kosmik sənaye (Airbus, Thales) kimi mühüm sahələrdə fəaliyyət göstərən Fransa şirkətləri Azərbaycanda həyata keçirilən dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak etmişdir”. Fransız şirkətlərinin 1995-2019-cu illərdə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə qoyduğunu (bunun 2 milyard dolları neft sektoruna, 194,1 milyon dolları qeyri-neft sənayesinə yönəldilib) xatırladan icraçı direktor Azərbaycanın Fransaya yatırdığı investisiyaların həcmini açıqlayıb - 224,7 milyon dollar. "2004-2018-ci illərdə ölkəmizə aid 2,3 milyard dollarlıq sifarişləri yerinə yetirən fransız şirkətləri bundan sonra da Azərbaycanla iqtisadi əlaqələrdə maraqlıdırlar. Senatın qətnaməsi onları çətin vəziyyətə salır. Gərək bu şirkətlər Fransa ictimaiyyətinə, parlamentarlara hökumətə izah etsinlər ki, aşırı erməni havadarlığı Fransanın Cənubi Qafqazda maraqlarına sarsıdıcı zərbələr endirir”, - deyə V.Qasımlı vurğulayıb.

O, daha sonra bildirib ki, Fransanın "Totalşirkəti Bakı-Tbilisi-Ceyhan layihəsində 5, Abşeron offshore ərazisində 50 faiz paya sahibdir: "Totalşirkəti Azərbaycanda neft-qaz layihələrində iştirak edir, Ermənistan isə bu layihələri hədəfə alır. Bəlkə "TotalFransa parlamentinə hökumətinə bunu izah etsin ki, Fransanın Azərbaycandakı çoxmilyardlı sərmayə qoyuluşları Ermənistan tərəfindən təhdid olunur?! Bu ilin iyulunda Ermənistan Tovuz bölgəsində təkcə Azərbaycana deyil, həm "Total”ın payçı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsinə hücum etmişdi. Bu o deməkdir ki, Azərbaycan təkcə öz ərazi bütövlüyünü deyil, həm Avropanın enerji nəqliyyat təhlükəsizliyi üçün əhəmiyyətli olan infrastrukturu erməni faşizmindən qoruyur. Belə olan halda Fransa Avropanın enerji nəqliyyat təhlükəsizliyində əhəmiyyətli rol alan Azərbaycanı niyə özündən narazı salır?”

V.Qasımlı sonda qeyd edib ki, Senatın qərarı hüquqi gücə real təsir imkanına malik olmasa da, Fransanın milli maraqlarına ziddir: "Əgər Fransa regionda öz nüfuzunu tamamilə itirmək istəmirsə, Cənubi Qafqazın əsas geostrateji ölkəsi olan Azərbaycanla münasibətləri düzgün tənzimləməlidir”.

 

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S.4.