Paytaxtda mövsümi ağacəkmələr geniş
vüsət alıb
Bakı şəhərinin müxtəlif
ərazilərində mövsümi
ağac əkilməsi
və yaşıllaşdırma
işləri genış
şəkildə davam
edir.
Bakı
Şəhər İcra Hakimiyyətinin
Yaşıllaşdırma Təsərrüfatı Birliyindən
verilən məlumata əsasən, görülən işlərin
əsas məqsədi paytaxt ərazisində
yaşıllıq sahələrinin
artırılmasıdır. Bununla əlaqədar birlik tərəfindən şəhərin
yeni yaşıllıq
planı hazırlanıb
və işlər həmin plana uyğun aparılır. Bildirilib ki, əkin prosesində Bakı şəhərinin
iqlim şəraitinə
uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı, yeni növ enli yarpaqlı
ağaclardan və xüsusi rəng çalarlarına malik olan ağcaqayın ağaclarından da istifadə olunur. Bu gün ərzində birliyin əməkdaşları
tərəfindən paytaxtın
Xəzər rayonu, Qala qəsəbəsində
əsas magistral yolun kənarında müxtəlif tullantılardan
təmizlənmiş sahələrdə
1000-dən çox yeni
ağac əkilmiş,
ağacların suvarılması
və onlara qulluq göstərilməsi
məsələləri
həll edilmişdir.
Eyni zamanda şəhərin mərkəzində - Üzeyir
Hacıbəyov, Zərifə
Əliyeva, Yusif Səfərov və digər küçələrdə
mövcud ağacların
dibində qırmızı
sarmaşıqlar əkilib,
güllərdən müxtəlif
kompozisiyalar düzəldilib.
Küçə və
yol kənarlarında sınmış, qurumuş,
ətrafdakılar üçün
təhlükə yaradan
ağaclar həmin əraziyə gözəllik
verəcək yeni ağaclarla əvəz edilir.
Mövsüm ərzində Bakı şəhərində 20 mindən
artıq ağacın
əkilməsi nəzərdə
tutulub. Təcrübəli
landşaft mütəxəssisləri
tərəfindən hazırlanmış
bu xüsusi planın həyata keçirilməsi Bakı
şəhərində yaşıllıq
sahəsində yeni rənglərin yaranmasına
səbəb olacaqdır.
Paytaxtın
yaşıllıq səviyyəsinin
keyfiyyətcə daha yüksək səviyyəyə
çatdırılması məqsədilə həyata
keçirilən bu tədbirlər paytaxtın
estetik görünüşünün
daha da yaxşılaşdırılmasına
və keyfiyyətcə
yeni səviyyəyə
çıxmasına imkan
verəcəkdir.
Yasəmən MUSAYEVA,
Azərbaycan. - 2020.- 4 dekabr.- S.7.