Təcavüzkar dövlət
sülhə məcbur
edildi
İlham ƏLİYEV: "Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi hərbi-siyasi
yollarla həll olundu”
Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası
ilə mübarizəyə
həsr edilmiş dövlət və hökumət başçıları
səviyyəsində xüsusi
sessiyası keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sessiyada çıxış
edib.
Prezident İlham Əliyevin çıxışı
-
Hörmətli cənab
Sədr.
Hörmətli cənab Baş katib.
Hörmətli dövlət və hökumət başçıları.
BMT Baş Assambleyasının COVID-19 pandemiyası
ilə mübarizəyə
həsr edilmiş xüsusi sessiyasının
təşkilində göstərdikləri
səylərinə görə
BMT-nin Baş katibi cənab Antonio Quterreşə və BMT Baş Assambleyasının Sədri
cənab Volkan Bozkıra öz minnətdarlığımı ifadə edirəm.
Xüsusi sessiyanın təşkil olunması təşəbbüsünü
dəstəkləyən bütün
üzv dövlətlərə
də təşəkkürümü
bildirirəm.
Bu gün
dünya üçün
ən böyük təhlükə olan
COVID-19 pandemiyası ilə
mübarizədə beynəlxalq
ictimaiyyətin birgə
səylərinə çox
böyük ehtiyac var.
Milli
və beynəlxalq səviyyədə məsuliyyət
nümayiş etdirən
Azərbaycan Qoşulmama
Hərəkatının Sədri
qismində 2020-ci il mayın 4-də Qoşulmama
Hərəkatının Təmas
Qrupunun koronavirusla mübarizəyə həsr
edilmiş Zirvə görüşünün keçirilməsinin
təşəbbüskarı olmuşdur. Mən Zirvə görüşü çərçivəsində
BMT Baş Assambleyasının
koronavirusla mübarizəyə
həsr edilmiş dövlət və hökumət başçıları
səviyyəsində xüsusi
sessiyasının keçirilməsini
təklif etmişdim. Qoşulmama Hərəkatının
bütün 120 üzvü
həmin təklifi dəstəkləmişdir. Bu,
onların "Bandunq Prinsipləri”, Hərəkatın
dəyərləri, multilateralizm
və beynəlxalq həmrəyliyə sadiqliyini
bir daha vurğulamış oldu. Ümumilikdə, BMT-nin
150-dən artıq üzv
dövləti həmin
təşəbbüsü dəstəkləmişdir.
Azərbaycan virusun yayılmasının
qarşısını almaq
məqsədilə vaxtında
zəruri tədbirlər
həyata keçirmişdir.
COVID-19 ilə bağlı
yaranmış vəziyyətə
müvafiq olaraq tərəfimizdən adekvat
addımlar atılmışdır.
Bu gün
ölkə üzrə
koronaviruslu xəstələr
46 dövlət xəstəxanasında
müalicə olunur. Pandemiya başladığı
zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda
fəaliyyətdə olan
laboratoriyalarımızın sayı 40-dan artıqdır.
Pandemiyanın mənfi təsirinin qarşısının alınması
məqsədilə hökumət
tərəfindən 2.5 milyard
ABŞ dolları həcmində
iqtisadi-sosial yardım
və maliyyə dəstəyi paketi təqdim edilmişdir. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu
da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə
dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına
maliyyələşdirilmişdir.
Hazırda dünya pandemiyanın növbəti dalğası
ilə üzləşib.
Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya
Səhiyyə Təşkilatı
ilə sıx təmasdadır. Biz pandemiyanın ilk
vaxtlarında dəyərli
tövsiyələrinə və
öz mütəxəssislərini
ölkəmizə ezam
etdiyinə görə
təşkilata minnətdarıq.
Ümumdünya Səhiyyə
Təşkilatı Azərbaycanı
pandemiya ilə mübarizədə nümunəvi
ölkə adlandırmışdır.
Biz Ümumdünya Səhiyyə Təşkilatına
toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə
töhfəsi etmişik.
Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq
ölkəyə humanitar
və maliyyə yardımı göstərmişdir.
Cənab Sədr, Azərbaycan pandemiya dövründə
qlobal atəşkəslə
bağlı BMT Baş
katibinin təşəbbüsünü
dəstəkləmişdir. Lakin həmin çağırış
30 ildən artıq Azərbaycan torpaqlarını
işğal altında
saxlayan və BMT Təhlükəsizlik Şurasının
işğal olunmuş
bütün ərazilərimizdən
qoşunlarının çıxarılmasını
tələb edən qətnamələrinə məhəl
qoymayan Ermənistan tərəfindən eşidilməmişdir.
Son iki il ərzində Ermənistan danışıqlar
prosesini məqsədyönlü
şəkildə məhv
etmişdir. Ermənistanın
baş naziri "Qarabağ Ermənistandır”
kimi bir sıra təxribatçı
bəyanatları ilə
danışıqlara son
qoymuşdur. Ermənistanın
müdafiə naziri
"yeni ərazilər
uğrunda yeni müharibə”yə çağırış
etmişdir.
Cari
ilin iyul ayında Ermənistan regionda yeni gərginlik
mənbəyi yaratmaq,
yeni əraziləri işğal etmək və Azərbaycanın strateji enerji infrastruktur layihələrinə
zərbə vurmaq məqsədilə dövlət
sərhədində hərbi
təxribat törətmişdir.
Daha sonra, avqust ayında
Ermənistanın diversiya
qrupu təmas xəttini keçməyə
cəhd etmişdir.
Sentyabrın 24-də BMT Baş Assambleyasının
ümumi müzakirələri
çərçivəsində çıxışım zamanı
mən Ermənistanın
yeni müharibəyə
hazırlaşması ilə
bağlı xəbərdarlıq
etmişdim.
Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başlamışdır. Azərbaycanın
döyüş bölgəsinə
yaxın ərazilərdə
yerləşən Tərtər
və digər şəhərləri 44 gün
ərzində Ermənistan
silahlı qüvvələri
tərəfindən ağır
artilleriya atəşinə
məruz qalmışdır.
Ermənistan döyüş
bölgəsindən uzaqda
yerləşən Gəncə,
Bərdə, Mingəçevir,
Qəbələ, Siyəzən
və digər şəhərlərə qarşı
ballistik raketlərdən
istifadə etmişdir.
Ermənistan azərbaycanlı
mülki əhali arasında böyük sayda insan itkisinə
səbəb olmaq və onları didərgin salmaq məqsədilə ağır
artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə etmişdir. Nəticədə 11 nəfəri
uşaq olmaqla, 94 mülki şəxs qətlə yetirilmiş,
400-dən artıq insan
yaralanmışdır.
Azərbaycan Ordusu bunun layiqli
cavabını vermiş,
ölkə vətəndaşlarını
və ərazisini müdafiə edərək
uğurlu əks-hücum
əməliyyatı başlamış
və işğal olunmuş ərazilərin
böyük bir hissəsini azad etmişdir. Hərbi əməliyyatlar zamanı
qazanılmış Qələbə
işğalçını təslim olmağa məcbur etmişdir. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın
10-da üçtərəfli Bəyanatın imzalanması
nəticəsində Azərbaycanın
işğal altında
olan digər əraziləri də azad edilmişdir.
O
vaxtdan etibarən, təqribən bir aydır ki, atəşkəsə əməl
olunur. Atəşkəsə
Nəzarət üzrə
Birgə Monitorinq Mərkəzi vasitəsilə
Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır.
Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi
hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı
üçün BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin
güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar
dövlət sülhə
məcbur edilmişdir.
Bu, Ermənistanın
destruktiv yanaşmasının
yeganə nümunəsi
olmamışdır. Ermənistan
BMT Baş Assambleyasının
COVID-19 pandemiyası ilə
mübarizəyə həsr
edilmiş xüsusi sessiyanın keçirilməsi
təşəbbüsünün əleyhinə çıxış
etmişdir. Ermənistan
son dəqiqəyə
qədər xüsusi
sessiyanın keçirilməsi
üçün hazırlıq
prosesinə mane olmağa çalışmışdır.
Ermənistanın bu təşəbbüsə etiraz
etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən
irəli sürülməsi
olmuşdur.
İnanıram ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz
töhfəsini verəcək
və bizi ümumi hədəflər
ətrafında daha da sıx birləşdirəcəkdir.
Sağ olun.
Azərbaycan. - 2020.- 5 dekabr.- S.1-2.