İlham
Əliyevin zəfəri
Bu möhtəşəm
qələbə bütün dünya üçün əhəmiyyətlidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları
ilə bundan sonra hər il 27 sentyabr Anım, 8 noyabr isə Zəfər
bayramı günləri kimi qeyd ediləcək.
Gələcək
bütün tariximizdə daim yaşayacaq və millətimizdə
qürur hissi yaradan bu hadisələrin mahiyyətini bilmək
üçün 44 günlük Vətən müharibəsində
qazanılan qələbənin Azərbaycan və dünya
üçün hansı əhəmiyyət
daşıdığına nəzər yetirməkdə fayda
var.
Heç şübhəsiz,
sentyabrın 27-dən başlayan və Ermənistanın hərbi
təslim aktı ilə başa çatan müharibə
haqqında bundan sonra çoxlu əsərlər yazılacaq,
sənədli və bədii filmlər çəkiləcək,
dissertasiya işləri müdafiə olunacaq. Ancaq indi bəzi
ilkin təhlillərin aparılmasına ehtiyac duyulduğu qənaətindəyəm.
Məlum olduğu kimi, hərbi əməliyyatlar noyabrın
10-da Rusiya Federasiyası Prezidenti Vladimir Putinin, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın
baş naziri Nikol Paşinyanın birgə bəyanat
imzalaması ilə başa çatdı.
Bu,
sadəcə bəyanat deyil, həm də Ermənistanın
müharibədə rüsvayçı hərbi təslim
aktıdır. Nə üçün?
Çünki hərbi əməliyyatların
başladığı ilk gündən cənab Prezident
İlham Əliyev Ermənistan qarşısında tək bir
şərt, bir tələb irəli sürmüşdü.
Bildirmişdi ki,Ermənistanın xarici işlər naziri,
müdafiə naziri və ya başqa kimsə deyil, şəxsən
baş nazir Nikol Paşinyan işğalçı
qoşunların nə zaman çıxarılacağına
dair qəti fikrini bildirdikdən və konkret cədvəl
verdikdən sonra hərbi əməliyyatlar dayandırılcaq.
Nəticəsi
nə oldu? Bir neçə ay əvvəl Azərbaycan
qarşısında 7 şərt irəli sürən Nikol
Paşinyan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin
yeganə şərtini qəbul etməyə və onun müzəffər
komandan çəkmələrinin qarşısında ikiqat
diz çökərək hərbi təslim
aktını imzalamağa məcbur oldu. Bu imzalanan təslim
aktının təkcə Azərbaycan deyil, həm də
bütün dünya üçün əhəmiyyəti var.
Həmin əhəmiyyət nədən ibarətdir?
Qələbə
Azərbaycana nə verdi?
Müharibədə
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
dövlətinin başlıca məqsədi işğal
altında qalan torpaqları azad etmək idi. 44 günlük
müharibə nəticəsində Azərbaycan dövləti
niyyətinə nail oldu. Qəhrəman Azərbaycan əsgərlərinin,
gizir və zabitlərinin şücaəti sayəsində
düşmən yenildi. Vətən
torpağı heç bir zaman ölməyəcək, millətimiz
və dövlətimiz əbədi mövcud olduqca yaşayacaq
şəhid qanları ilə suvarıldı. Azərbaycan
Respublikası, ordusu və xalqı bu müharibədən
qalib çıxdı. Ermənistan hərb meydanında
rüsvayçı məğlub edildi. Dünyanın 50
qabaqcıl ölkəsinin orduları cərgəsində yer
tutan Azərbaycan Ordusu "yenilməz Ermənistan ordusu” mifini
darmadağın etdi. Bu gün Ermənistan ordusu artıq demək
olar ki, yoxdur. Gəbərənləri döyüş
meydanında qaldı, 10 mindən yuxarı əsgər və
zabit isə fərarilik edərək qaçıb getdi. Azərbaycan
Ordusu düşmənin külli miqdarda döyüş
texnikası və sursatını qənimət olaraq ələ
keçirməklə təkcə İrəvanı deyil, illər
boyu Ermənistanı silahlandıranların da ümidlərini
darmadağın etdi.
Ali Baş Komandan İlham
Əliyev hər bir azərbaycanlının qəlbində
xüsusi milli-mənəvi yeri olan Şuşanın azad edilməsi
ilə bütün Qarabağı Azərbaycana qaytardı.
Tarixən belə deyilib: Şuşa Qarabağın
açarıdır, Şuşa kimdədirsə, Qarabağ da
ondadır. Ümummilli Lider Heydər Əliyev deyirdi ki,
Şuşasız Azərbaycan yoxdur. Şuşanın
işğaldan azad edilməsi və yenidən qovuşması
Azərbaycanın varlığı, inkişafı və daha
güclü dövlət olması deməkdir. Prezident
İlham Əliyev Azərbaycan üzüyünün
qaşı olan Şuşanı qaytarıb yerinə qoymaqla
tariximizdə mümkün olmayanı mümkün etdi,
yuxularımızı, xəyallarımızı gerçəkləşdirdi.
Hərbi əməliyyatların əvvəllərində
bədxahlarımız yazırdılar ki, guya
döyüşü pualar, dronlar udur. Şuşa şəhərində
küçə döyüşlərində Azərbaycan əsgəri
dünya hərb tarixində qızıl səhifələr
yazdı. Bu səhifənin öyrənilməsi
üçün hələ uzun illər lazım gələcək.
Minilliklər
tariximizdə Prezident İlham Əliyev bir çox ilklərə
imza atdığı kimi, bu savaşda da bir ilk yaratdı. Son
bir neçə yüzilliklər tariximizdə ilk dəfə
olaraq işğal altında olan torpaqlar güclü ordu sayəsində
azad edildi. Qazandığı qələbə
ilə Prezident İlham Əliyev Azərbaycan xalqını məğlub
xalqdan qalib xalqa çevirdi, millətin başını uca
etdi, əyilmiş qamətini, belini düzəltdi,
başını dik etdi, özünə inam, güvən yaratdı,
gələcək nəsillərə örnək verdi. Hələ
ötən əsrin 80-ci illərində xarici tarixçilər
yazırdılar ki, Azərbaycanın şimal torpaqları
çarizm tərəfindən işğal olunduqdan sonra azərbaycanlılar
daim sındırılmış, özlərinə inamsız
halda Bakı küçələrində gəzirdilər. XX əsrdə yalnız iki dəfə azərbaycanlılar
Bakı küçələrində başlarını dik
tutaraq gəziblər: birinci dəfə 1918-ci ildə Azərbaycan
və Osmanlı hərbi hissələrindən ibarət
qurulmuş Qafqaz İslam Ordusu tərəfindən Bakı
şəhəri yadelli qüvvələrdən azad edildikdən
sonra; ikinci dəfə isə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər
Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu
üzvlüyünə namizəd seçildikdən, 1982-ci ildə
isə Siyasi Büro üzvü seçildikdən və
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin
edildikdən sonra.
44 günlük müharibə nəticəsində
Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin
müdrik dövlət rəhbərliyi, planetar təfəkkürü,
strateqliyi, diplomatik-siyasi ustalığı və sərkərdəlik
məharəti nəticəsində son 200 ildə
üçüncü dəfə, XXI əsrdə isə
birinci dəfə təkcə Bakı küçələrində,
ölkəmizdə deyil, dünyanın hər bir yerində
başını dik tutaraq, özünə güvənərək
qalib millət kimi qürur hissi ilə addımlayır.
Prezident İlham Əliyev Azərbaycan xalqı və dövləti
üzərində olan 30 illik ləkəni silib atmaqla azərbaycanlıları
yenidən qalib doğulmuş bir millət etdi. Millətimiz və
dövlətimiz mövcud olduqca qalacaq bu böyük əsərin
memarı Prezident İlham Əliyevdir.
Azərbaycan
təkcə hərb meydanında qələbə qazanmadı.
Qazanılan qələbə Azərbaycan iqtisadiyyatının
Ermənistan iqtisadiyyatı üzərində tarixi qələbəsi
oldu. Qələbə Prezident İlham Əliyevin daim söylədiyi
bir tezisin nəinki indiki şəraitdə düzgün
olduğunu təsdiq etdi, eyni zamanda, millətimizin gələcək
nəsilləri üçün də bir örnək oldu. O
da ondan ibarətdir ki, biz iqtisadi cəhətdən müstəqil,
güclü olmasaq, heç bir vəzifəni yerinə yetirə
bilmərik. Məhz Prezident İlham Əliyevin
yaratdığı iqtisadi cəhətdən güclü Azərbaycan
müharibədə qalib gəldi. Cənubi Qafqaz
iqtisadiyyatının təqribən 75 faizini təşkil edən
Azərbaycan iqtisadiyyatı qarşısında Ermənistan
heç bir zaman tab gətirə bilməzdi və tab gətirmədi
də!
Qələbənin dünya
bazarlarında neftin qiymətinin aşağı
düşdüyü, koronavirusun tüğyan etdiyi ağır
bir şəraitdə qazanılması Prezident İlham
Əliyevin uzun illərdən bəri yürütdüyü
iqtisadi strategiyanın düzgünlüyünü bir daha təsdiq
etdi.
Ordunun bütün təchizatı dəqiq saat mexanizmi kimi təmin
edildi.
Ermənistanda isə
"könüllü” adı altında cəbhəyə zorla
adam yığarkən "varınızdırsa,
özünüzlə hərbi geyim, çəkmə gətirin”
xahişləri edən, əsgərini yeməklə təmin
edə bilməyən bir ölkənin qüdrətli Azərbaycan
iqtisadiyyatı qarşısında diz çökməsi təbii idi.
Ermənistan resurs müharibəsinə hazır deyildi və
ola da bilməzdi. Ona görə də baş verən məğlubiyyət
qaçılmaz idi. Və gözlənilən də baş
verdi!
Qazanılan
qələbə Azərbaycan hərbi-sənaye kompleksinin,
müasir texnologiyasının Ermənistan üzərində
zəfəri idi. Son illərdə dövlət
büdcəsində hərbi xərclərin daim
artırılması, ordu quruculuğuna xüsusi diqqətin
yetirilməsi, yeni texnologiyaların işlənilməsi və
tətbiqi, səmərəli beynəlxalq əməkdaşlıq
Azərbaycanda inkişaf etmiş hərbi-sənaye kompleksinin
qurulmasına gətirib çıxardı. Nəticəsi
də məlumdur: müasir hərbi-sənaye kompleksinin məhsulları
döyüş meydanında düşmən üzərində
hakim oldu və gözünü açmağa imkan vermədi.
Bu
qələbə Azərbaycan hərb mütəxəssislərinin
və azərbaycanlı zəkasının Ermənistan hərbi
mütəxəssisləri və "intellekti” üzərində
parlaq qələbəsi oldu. Müasir silahları idarə edən
Azərbaycan mütəxəssislərinin biliyi,
bacarığı və zəkası əzici üstünlüyünü
təsdiq etdi. Həmin azərbaycanlı mütəxəssislər
öz-özündən yaranmayıb, bilavasitə Prezident
İlham Əliyevin liderliyində yürüdülən
dövlət siyasəti nəticəsində yetişiblər.
Qazanılan qələbə
dövlət və millət, milli-mənəvi birliyimizin qələbəsi
oldu. Əgər millət Prezident İlham Əliyevə
güvənməsəydi, yürütdüyü siyasət nəticəsində
dövlət hakimiyyəti və millət arasında sıx
birlik və yekdillik yaradıla və deməli, qələbə
də qazanıla bilməzdi. Yalnız güclü dövlət
və güclü lider hər şeyə qadirdir. Prezident İlham Əliyev Ulu Öndər Heydər
Əliyev tərəfindən qurulan güclü Azərbaycan
Respublikası dövlətini yeni şəraitə uyğun
olaraq müasirləşdirərək qələbəni təmin
etdi. Ən çətin və mürəkkəb şəraitdə
bizi qələbəyə gətirən millət və
dövlət birliyimizin baş memarı məhz Prezident
İlham Əliyevin sarsılmaq iradəsi, qətiyyəti oldu.
Bu
qələbə Prezident İlham Əliyevin rəhbərliyi
altında səmərəli və çevik dövlət idarəçilik
sisteminin qələbəsidir. Son illərdə aparılan
islahatların uğurla nəticələnməsi müharibədə
zəfəri şərtləndirən amillərdən biri
oldu. Bir daha təsdiq edildi ki, yalnız çevik və səmərəli
idarəçilik dövlət və millətin qələbəsinin
başlıca şərtlərindən biridir.
Qazanılan qələbə
Prezident İlham Əliyevin hakimiyyəti illərində
formalaşdırdğı yaradıcı, dinamik, enerjili,
yüksək milli ruhlu Azərbaycan cəmiyyətinin kin,
küdurət, qısqanclıq hissləri içərisində
boğulan və yaradıcılığın nə
olduğunu bilməyən erməni cəmiyyəti üzərində
öldürücü qələbəsidir. Müharibənin
yekunu göstərir ki, əgər erməni cəmiyyəti
başına gələndən düzgün nəticə
çıxarmasa, düşdüyü ağır
bataqlıqdan ya tamamilə çıxa bilməyib məhv
olacaq, ya da hələ çoxlu onilliklər bundan sonra da onun
içərisində çabalamalı olacaqdır.
Prezident İlham Əliyev təkcə
hərb meydanında qazanılan qələbənin baş
memarı deyil, eyni zamanda, Ermənistanın hərbi təcavüzü
nəticəsində yaradılmış münaqişənin
gedişində blokdaya salınmış Naxçıvana gedən
yolun tikintisinə dair maddənin üçtərəfli bəyanata
daxil edilməsinə nail olmaqla həm bu regionun problemini
həll edən, həm də bütövlükdə daha
genişmiqyaslı geoiqtisadi layihənin icrasına imkan
yaratmış zəmanəmizin görkəmli strateqi, dövlət
və siyasi xadimidir. Həmin maddədə nəzərdə
tutulanların yerinə yetirilməsilə
Naxçıvanın blokadasına son qoyulacaq,
İğdır - Naxçıvan dəmir yolunun tikintisi ilə
Azərbaycan Türkiyə üzərindən Avropaya
çıxa, eyni zamanda, Fars körfəzinə enə biləcək,
Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya
mərkəzinə çevriləcək, Türkiyənin
türk dünyası ilə quru əlaqəsi qurulacaq. Bu yol
Rusiyaya Azərbaycan və Türkiyə üzərindən
Avropaya çıxmağa imkan verəcək, beləliklə,
regionda iqtisadi əməkdaşlıq canlanacaq.
Prezident
İlham Əliyev təkcə hərb meydanında deyil,
diplomatik-siyasi sahədə də ustalıqla və
böyük məharətlə qələbə qazanaraq zəmanəmizin
görkəmli diplomatı olduğunu təsdiq etdi. Məlum
olduğu kimi, müharibənin aparılması
üçün ya əlverişli beynəlxalq şərait
yaradılmalıdır, ya da ondan istifadə edilməlidir. Azərbaycan
dövləti uzun illər boyu apardığı gərgin
iş və yürütdüyü siyasət ilə əlverişli
beynəlxalq şərait yaratmağa nail oldu. BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyü, Qoşulmama Hərəkatına
sədrlik, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan
üçtəfərli formatda əməkdaşlığının
səmərəliliyi 44 gündə öz bəhrəsini
verdi. Rusiya Federasiyasının Prezidenti Vladimir
Putin "Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan
Respublikasının ərazisidir” deyərək müharibədə
haqq-ədalətin yanında oldu. İran İslam
Respublikası və Gürcüstan da eyni mövqe tutaraq sərhədləri
işğalçı ölkəyə silah
daşınması üçün bağladılar. Bu siyasət Prezident İlham Əliyevin daim xüsusi
diqqət yetirdiyi "bizim üçün qonşularla
yaxşı münasibətlər başlıca məqsəddir”
tezisinin təkcə indiyə qədər əhəmiyyətli
olduğunu təsdiq etmədi, eyni zamanda, gələcək
üçün bir model yaratdı.
Müharibə başa
çatıb və təbii ki, Azərbaycana qarşı
müharibə cinayətləri törədərək
vurduğu ziyanlara görə işğalçı ölkə
Ermənistan təzminat ödəməlidir. 30 il ərzində
İrəvan Azərbaycan ərazilərini, şəhər, kənd
və qəsəbələri dağıdıb, təbii sərvətləri talayıb sataraq gəlirlər
əldə edib, hərbi əməliyyatların gedişindən
uzaqda yerləşən Gəncə və Bərdədə,
eyni zamanda, Tərtər və başqa rayonlarda mülki əhalini
qətlə yetirib, soyqırımı törədib və
mülki infrastruktura ağır ziyan vurub. Azərbaycan
hökuməti 30 il ərzində məcburi
köçkünlərin saxlanılması üçün
külli miqdarda vəsait xərcləyib, torpaqları azad etməkdən
ötrü apardığı müharibədə məsrəflər
çəkib. Ermənistan yüz minlərlə azərbaycanlıya
mənəvi ziyan vurub. Təzminat davasının
açılması, Ermənistanın boynuna
boyunduğuruğun salınması təkcə haqq-ədalətin
bərpası, beynəlxalq hüquq baxımından deyil, həm
də gələcək nəsillər üçün
lazımdır.
Bəs
bundan sonra cəmiyyət olaraq bizim davranışımız
necə olmalıdır? Bizi bu qələbəyə
Prezident İlham Əliyevin inamı, imanı, sarsılmaz iradəsi,
qətiyyəti, millətə güvənməsi, planetar təfəkkürü,
dərin zəkası, uğurlu diplomatik-siyasi fəaliyyəti
gətirdiyi üçün bundan sonra da bütün Azərbaycan
cəmiyyəti üçün əsas deviz yalnız dövlət
başçısının sözü, rəyi
olmalıdır. Bütün millətin bir səsinin olması
vacibdir.
Qələbənin dünya
üçün əhəmiyyəti nədir?
44
günlük müharibədə Prezident İlham Əliyev təkcə
Azərbaycanı qalib etmədi, eyni zamanda, müasir dünya
siyasətində həllini gözləyən bir sıra məsələləri
uğurla həll etdi. Hər şeydən əvvəl,
Azərbaycan Respublikası dövləti bu qələbəsi
ilə BMT Təhlükəszilik Şurasının 822, 853,
874 və 884 saylı qətnamələrini yerinə yetirərək
dünya müdiriyyəti adlandırılan bu təşkilatın
nüfuzunu, ona olan inamı bərpa etdi.
Ermənistan
təkcə hərb meydanında məğlub edilmədi,
Prezident İlham Əliyev dünyanın məşhur
KİV-inə verdiyi müsahibələri ilə bir neçə
yüz il boyunca dünyanı aldadan uydurma erməni təbliğatını
təkbaşına darmadağın etdi. Yüz milyonlarla insan
erməni yalanlarını başa düşdü. Dünya
erməni faşizminin içi üzünü gördü.
Bir daha məlum oldu ki, erməni faşizmi nasizmdən daha qəddar
və iyrəncdir.
Ermənistanın müharibənin
əvvəlindən xristianların dini hisslərini istismar edərək
baş verənləri xristianlıq əleyhinə olan kimi qələmə
verməyə çalışması cəhdləri də
puça çıxdı. Hamıya məlumdur ki, artıq
uzun illərdir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım
Əliyevanın rəhbərliyi altında Bakıda mədəniyyətlərarası,
sivilizasiyalararası, dinlərarası dialoq, humanitar forumlar
keçirilir. Dünya Azərbaycanda müxtəlif dini
inanclı insanların birgə yaşayışının, məscidlərin,
kilsələrin və sinaqoqların yanaşı fəaliyyət
göstərməsinin şahidi olur. Bakıda erməni kilsəsi
dövlət tərəfindən qorunur. Bir
neçə il əvvəl erməni qəbiristanlığının
yeri dəyişdirilərkən hökumətin müraciəti
əsasında ermənilər ya ölülərinin
sümüklərini apardılar, aparıla bilməyənləri
isə dövlət hesabına digər yerdə dəfn edildi.
Heydər Əliyev Fondu Vatikanda, Parisdə və başqa şəhərlərdə
kilsələri, Hun imperatoru Atilla ilə Roma Papasının
görüşünü əks etdirən freskanı təmir
etdirdi. Bütün bunlar Azərbaycanın siyasətinin əyani
təzahürüdür. Bəs Ermənistan hansı siyasəti
yürüdüb və yürüdür? Bu gün Ermənistanda
məscidlər, müsəlman qəbiristanlıqları
tamamilə dağıdılıb. Ermənistan işğal
etdiyi ərazilərdə məscidləri donuz, mal-qara tövləsinə
çevirmişdi. Ayaqqabı ilə girilməyən
Allahın evinə belə münasibətin yalnız bir
adı vardır: vəhşi icma, qəbilə təfəkkürü!
Əslində Ermənistan bu barbar hərəkətləri ilə
sülh dini olan xristianlığa və xristianlara daim ləkə
gətirdiyini bir daha təsdiq etdi.
44 günlük müharibənin
gedişində Ermənistan təbliğatının guya
"ikinci erməni soyqırımı” törədiləcək
iddialarının da əsassız olduğu təsdiq edildi, bu
cəfəngiyat da sabun köpüyü kimi partladı.
Axı, Azərbaycan dövləti "soyqırımı” həyata
keçirsəydi, Bakıda bir neçə min nəfər
erməni necə yaşaya bilərdi? Hətta Xankəndiyə
daxil olmaq an məsələsi olsa da, Azərbaycan Ordusu bunu etmədi.
Ermənistanın
"turançılıq”, "pantürkizm” və "yeni
osmançılıq” barədə uydurmaları da
darmadağın edildi. Azərbaycanın haqq
işinin Türkiyə tərəfindən müdafiə edilməsinin
ermənilər tərəfindən
"turançılıq”, "pantürkizm” və "yeni
osmançılıq” kimi qələmə verilməsinə
dair iyrənc təbliğat da puça çıxdı. Ermənistan
baş nazirinin Avropa ölkələrinə müraciətlə
"erməniləri Türkiyədən
müdafiə etmirsiniz, o zaman az vaxt keçər Türkiyəni
yenidən Vyana qapılarında görərsiniz” kimi boş və
mənasız sözlərinə daha kimsə inanmadı.
Türkiyənin Azərbaycan dövlətinin yanında
olması haqq-ədalətin və beynəlxalq hüququn yanında
olması demək idi.
Azərbaycanın
zəfəri, eyni zamanda, ermənilərin birbaşa və ya
gizli şəkildə əsassız ərazi iddiaları irəli
sürdükləri Gürcüstan, Rusiya, Türkiyə və
İranın da qələbəsidir. Ermənilər
Gürcüstanın Cavaxeti bölgəsini Ermənistana birləşdirmək
üçün separatçılıq fəaliyyətləri
ilə məşğuldurlar və belə hesab edirlər ki,
onların təminatçısı Tbilisi deyil, İrəvandır.
Deməli, Azərbaycanın qələbəsi gürcü
xalqının qələbəsi, Gürcüstanda yaşayan
ermənilərin Ermənistana birləşmək xəyallarının
parçalanması, böhranının dərinləşməsi
deməkdir. Heç əbəs deyildir ki, bir çox
gürcü alimləri Azərbaycanın qələbəsini
Gürcüstanın qələbəsi kimi qiymətləndirirlər.
Azərbaycanın qələbəsi Rusiyada
yaşayıb sərvət toplayan, yüksək məqamlara
yüksələn, lakin Rusiyaya və rus xalqına arxadan zərbə
vuran, ayaqlarının altını qazan, Qara dəniz sahilləri
torpaqlarına əsassız iddia edən erməniləri də
böhrana düşürür. Artıq ermənilərin
bundan sonra Rusiya torpaqlarında özlərini həyasızcasına
apara bilməyəcəkləri şəksizdir. Azərbaycanın
qələbəsi Türkiyəyə açıq, İrana
isə xəlvəti ərazi iddialarında olan ermənilərə
də zərbə vurdu.
Azərbaycanın
qələbəsi erməni diasporu və lobbisinə
ağır zərbə oldu. Erməni diasporu heç bir gələcəyi
olmayan Ermənistana sərmayə qoymaqda, pullarını
havayı yerə göyə sovurmaqda bundan sonra maraqlı
olmayacaq. Zəngin ermənilər Ermənistana 30 ildən bəri
rəhbərlik etmiş, indi isə artıq siyasi meyit olan
şəxslərin xirtdəklərindən tutub soruşacaqlar
ki, bəs nə üçün uzun illər boyu bizi
aldatmısınız, qoyulan pullar hara gedib?
Müharibə təkcə hərbi
qələbə ilə başa çatmadı, eyni zamanda,
özlərini hiyləgərliklə dünya ölkələrinə
və xalqlarına uzun əsrlərboyu "mədəni xalq”
kimi sırıyan ermənilərin iç üzünü bir
daha açdı. Dünya maskası yırtılan erməni qəbiləsinin vəhşi olduğunu əyani olaraq gördü. Tərtər
şəhərində, hərbi əməliyyatlar
meydanından uzaqda yerləşən Gəncə, Bərdə
və Ağcabədidə yaşayış binalarının
qadağan edilmiş raketlərdən atəşə tutularaq
dağıdılması təkcə ağır müharibə
cinayəti deyil, eyni zamanda, erməni qəbiləsinin vəhşiliyinin
göstəricisi idi. Soruşulur: müharibənin nə demək
olduğunu bilməyən uşaqların öldürülməsinin
adı nədir?
Döyüş meydanında
mundirini, papağını, hərbi biletini qoyub qaçan,
yaralı əsgərlərini və meyitlərini
götürüb aparmayan ermənilərin Azərbaycanın
işğal altında saxladıqları əraziləri
boşlatmağa məcbur olub tərk edərkən unitazı
qucaqlarına alıb daşımaları bir daha göstərdi
ki, bu qəbilə üçün bir unitaz döyüş
meydanında gəbərmiş işğalçı erməni
əsgərinin cəsədindən daha qiymətlidir. Dünyanın məktəbə, maarifə, səhiyyəyə
ehtiyac duyduğu bir şəraitdə ermənilərin Kəlbəcərdə
və Laçında təkcə yaşayış evlərini
deyil, kitabxanaları, məktəbləri, klubları və
tibb məntəqələrini yandırmaları XXI əsr erməni
barbarlığının konkret göstəricisidir. Bəs,
dünyanın ağ ciyərləri hesab edilən meşələrin
yandırılmasının və vəhşicəsinə
doğranmasının adı nədir? Bir zamanlar
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin
tikintisinin guya ekologiyaya ziyan vuracağını deyən
"yaşıllar”, qeyri-hökumət təşkilatları
görəsən indi niyə susublar? Azərbaycanın qələbəsi
həmin təşkilatların da əsl simasını
göstərdi.
Müharibədən əvvəl
Ermənistanda yürüdülən siyasət, Azərbaycanın
isə döyüş və diplomatiya meydanında
qazandığı qələbə ermənilərin rus
xalqına və Rusiyaya etdikləri xəyanəti, arxadan zərbə
vurmalarını bir daha təsdiq etdi. Bu müharibədə
Ermənistan haqsız və gücsüz olduğu
üçün məğlub oldu. Həm haqq-ədalət, həm
də beynəlxalq hüquq Ermənistanın tərəfində
deyildi və işğalçı ölkə gec-tez məğlub
olmalı idi. Ancaq müharibədə Ermənistan qazanc da əldə
etdi. Qurama Ermənistan Respublikası dünyanın siyasi xəritəsində
saxlanıldı. Görəsən, ermənilər bunu qiymətləndirə
bilirlərmi? Məncə, yox. Çünki həm yaxın, həm
də uzaq tarixin təcrübəsi göstərir ki,
hansısa amillərin təsiri altında çarizm daim erməniləri
himayə edib, əvəzində isə onlar rus xalqına və
Rusiyaya xəyanət ediblər. Tarixə qısa səyahət
etmək deyilənləri təsdiq edir. Məlum
olduğu kimi, çarizm erməniləri XIX əsrdə və
sonralar Cənubi Qafqaza gətirərək azərbaycanlılara
məxsus torpaqlarda yerləşdirib və əlverişli
şərait yaradıb. Əvəzində rus hakimiyyəti nə
görüb? 1905-1906-cı illərdə erməni terror-siyasi
təşkilatları Rusiyanı zəiflətməkdən
ötrü fəaliyyət, göstərib və xarici
ölkələrin agentləri kimi çalışıblar.
Erməni təşkilatları Birinci Dünya müharibəsi
illərində çarizmdən silahlar alıb bandalar düzəltsələr
də, sonradan bu silahı ruslara və Rusiyaya qarşı
yönəldiblər. Brest-Litovsk barışığı
zamanı Cənubi Qafqazın xəritəsi cızılarkən
ermənilər üçün də nəzərdə
tutulan kiçik bir ərazidə 1918-1920-ci illərdə
qurulan Daşnak Ermənistanından rusları qovublar.
Rusların sayı 15 min nəfərdən 14 min nəfərə
düşüb və ya 7 faiz azalıb. Sovet
hakimiyyəti illərində ittifaq mərkəzi Ermənistana
nə qədər qayğı göstərsə də,
dotasiya ilə yaşatsa da, ermənilər daim ruslara nifrət
ediblər, rus dili və mədəniyyətinə
yuxarıdan, həqarətlə baxıblar, rusları geri
qalmış hesab ediblər.
1991-ci
ildən sonra mövcud olan bütün hakimiyyətlər
zamanı Ermənistanda yürüdülən xarici siyasət
xətti Rusiyanın və rus xalqının əleyhinə
olub. Ermənilər Rusiyadan hərbi-texniki və digər
yardımlar alaraq öz çirkin niyyətlərinə
çatıblar, arxadan isə Rusiyanın və rusların
kürəyinə xəncər sancıblar. Bu gün Ermənistanda
rus əhalisi demək olar ki, yoxdur. Rus məktəbləri,
kütləvi informasiya vasitələri bağlanıb.
Bütün bu siyasətin bircə adı var: erməni
nankorluğu və erməni xəyanəti! Rusiya
bu dəfə də Ermənistanı Azərbaycanın əlindən
aldı, qurama dövlətini dağılmaqdan xilas etdi.
Çətin vəziyyətdə olan ermənilər indi bir tərəfdən,
Rusiyaya yalvarmaqda davam edirlər, digər tərəfdən isə
yenə də ona arxadan zərbə vurmağa hazırlaşırlar.
Bu,
özünü nədə təzahür edir? İlk növbədə
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın
imzaladıqları bəyanatı təftiş etmək cəhdlərində
və yeni müharibə çağırışlarında.
Müharibə çağırışları birbaşa
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin nüfuzunu
sarsıtmaq, regionda sabitliyin qurulmasında maraqlı olmayan
dövlətlərin siyasətinə nökərçilik etməkdir.
Bəzi erməni siyasətçiləri deyirlər ki, guya Ermənistan
Cənubi Qafqazda Rusiyanın yeganə strateji müttəfiqidir.
Bu fikirlər cəfəngiyatdan başqa bir şey deyildir. Həmişə
olduğu kimi, Ermənistan bu gün də Rusiyanın
çiyinlərində bir yük olaraq iyrənc siyasəti ilə
rus xalqına ancaq hörmətsizlik gətirir. Regionda Rusiya əleyhinə
olan ən xırda əhvali-ruhiyyə varsa, onun da kökü
daim əsassız iddiaları və haqsız olan ermənilərin
davranışları ilə bağlıdır.
Hərbi
əməliyyatlar Ermənistanın rüsvayçı məğlubiyyəti
ilə başa çatsa da, İrəvanın yeni müharibəyə
başlamaq şansı varmı və ya bu xəyala
düşərsə, aqibəti necə olar? Ermənistanın
yeni bir müharibə cəhdi ilk növbədə
qarşısında Rusiyanı görməsi deməkdir. Digər
tərəfdən, əgər bu dəfə Rusiya Ermənistan
üzərindən əlini çəkərsə, müzəffər
Azərbaycan Ordusu bayrağımızı tarixi şəhərimiz
olan İrəvan qalasında sancar. Müharibədə qalib gəlmək
üçün dövlətin qüdrəti lazımdır.
Ermənistanın belə bir gücü, insan resursu və
potensialı yoxdur və heç vaxt da olmayacaq. Hamı
yaxşı gördü ki, 44 günlük müharibənin
gedişində Ermənistan ordu sıralarını
doldurmağa adam tapa bilmir, uşaqları və
qadınları cəbhəyə yollayırdı. Dərin
demoqrafik böhranın mövcud olduğu, əhalisinin
artmadığı, əksinə yaşayanların da tərk
edib getdiyi Ermənistan adlı bir dövlətin heç
bir gələcəyi yoxdur. Xarici ölkələrdən uzun
on illər boyu olduğu kimi, ermənilərin aldadılıb
Ermənistana gətirilməsi nağıllarına daha
heç kim inanmır. Deməli, yeni müharibə
olacağı təqdirdə Ermənistanda döyüşə
getməyə heç qocalar da qalmayacaq. Müharibə maliyyə-iqtisadi
qüdrət, hərbi-sənaye kompleksinin gücü ilə
aparılar. 8 milyard dollar xarici borcu olan Ermənistanda belə
bir sənayeni qurmağa imkanlar yoxdur və olmayacaq da. Erməni
xalqının elmi-intellektual potensialı da bu işləri
görmək üçün çox məhduddur.
44 günlük müharibədə
qazanılan qələbə ermənilərin bədbəxtliyinin
köklərini bir daha üzə çıxardı. Göstərdi
ki, erməni ünsürünün bədbəxtliyinin
başlıca səbəbi son iki yüz ildə gəlib yerləşdikləri
və aborigen olmadıqları regionun yerli xalqları
ilə dil tapıb keçinməməkdə və
üçüncü qüvvəni gətirməkdədir. Müstəqil yaşamaq təfəkkürünə
və potensialına sahib olmadığından daim qul
psixologiyasına malik olan bu ünsür Rusiyadan istifadə edib
istəklərinə çatır, sonra xəyanət edərək
ona arxadan zərbə endirir, çətin vəziyyətə
düşən kimi "bizi xilas edin” deyə
bağırır. Belə hesab edirlər ki, rus əsgərləri
gəlib onların avantürsit xəyalları yolunda ölməli,
rus anaları gözüyaşlı qalmalı, ermənilər
isə yenə də özlərini həyasız
aparmalıdırlar. Daha dövr o dövr deyildir. Erməni
nağıllarına inananların sayı getdikcə
azalır.
Müharibə,
eyni zamanda, ermənilərin nicatının nədə
olduğunu göstərdi. Ermənilərin nicatı qonşu
ölkələrlə, ilk növbədə, Azərbaycanla
dil tapıb yaşamaqdan keçir. Bu qəbilə başa
düşmür ki, hər bir xalqın inkişafı
üçün başlıca amil təkcə təbii sərvətlər,
ərazi deyil, qarşılıqlı faydalı əməkdaşlıqdır.
Ermənistan əsassız iddialarından əl çəkəcəyi
və bu əməkdaşlığa hazır olacağı təqdirdə
nə isə əldə edə bilər. Yoxsa, bu qurama dövlətin
heç bir gələcəyi yoxdur. Ermənistan
reallıqları dərk edəcəkmi? Bunu zaman göstərəcək.
Musa QASIMLI,
Milli Məclisin
deputatı, AMEA-nın müxbir üzvü, professor
Azərbaycan.- 2020.- 5 dekabr.- S.1; 4.