“Hərbi vəziyyətin ləğv
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 8-ci bəndinə və "Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1.
"Hərbi vəziyyətin ləğv edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7
dekabr tarixli, 1201 nömrəli Fərmanı təsdiq edilsin.
2. Bu
Qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Sahibə Qafarova
Azərbaycan.-2020.- 12 dekabr.- S.1.