Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini
heç vaxt unutmayacağıq
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində
Vətən müharibəsində
həlak olmuş şəhidlərlə bağlı
paylaşım edib.
AZƏRTAC paylaşımı təqdim edir:
"Əziz qardaşlar
və bacılar!
Bu gün biz Vətən
müharibəsi döyüşlərində
həlak olmuş şəhidlərin xatirəsini
yad edirik.
Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi
naminə canlarından
keçib.
Onların hər biri əsl qəhrəman,
rəşadət və
qorxmazlıq nümunəsidir.
Bu gün mən
şəhidlərimizin ailələri
ilə birlikdə kədərlənir, Vətən
naminə canından keçməyə hazır
olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında
baş əyirəm. Şəhidlərimizin qanı nahaq
yerə tökülmədi
– biz tarixi ədaləti
bərpa etdik, müqəddəs Qələbə
qazandıq. Bu Qələbə
xalqımızın tarixinə
əbədi həkk olundu!
Hər birimiz bu Zəfərin
nəyin bahasına qazanıldığını yadda
saxlamağa borcluyuq! Biz Vətən müharibəsi
şəhidlərini heç
vaxt unutmayacağıq.
Onlar bizim qəlbimizdə daim yaşayacaq.
Allah şəhidlərimizə rəhmət
eləsin, yaralılara
tezliklə şəfa,
onların ailələrinə
və yaxınlarına
güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını
qorusun!”.
Azərbaycan. - 2020.- 5 dekabr.- S.1.