Vətən müharibəsinin əbədiləşən tarixləri

 

 

Ərazilərini işğaldan azad edən xalqımız Vətən müharibəsində özünün zəngin qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Bu möhtəşəm zəfər göstərdi ki, Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Bütün dünya gördü ki, Ulu Öndər Heydər Əliyevin xilas etdiyi yenidən qurduğu, Prezident İlham Əliyevin qüdrətləndirdiyi müasir dövlətimiz indi istənilən problemini həll etməyə qadirdir.

 

 

 

Müqəddəs savaş

 

 

Ötən 28 ildə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermədiyindən problemin müharibə yolu ilə həllinin mümkünlüyü dəfələrlə gündəmə gəlib. Açıq siyasət yürüdən Azərbaycan işğal olunmuş torpaqlarını günlərin birində döyüş yolu ilə azad edə biləcəyini heç vaxt gizlətməyib. Ordunun gücləndirilməsi, müasir döyüş əməliyyatlarının aparılmasına imkan verən yüksək dəqiqlikli silahların qoşunların arsenalına daxil edilməsi, hərbi sənaye kompleksinin yaradılması kimi addımlar da məhz bu məqsədə xidmət edirdi.

 

Qarabağda yenidən hərbi əməliyyatların başlanacağı təqdirdə üstünlüyün Azərbaycan Ordusunun tərəfində olacağı sirr deyildi. Elə sentyabrın 27-də Füzulinin Cəbrayılın bir neçə kəndinin işğaldan azad edilməsi müharibənin Azərbaycanın qələbəsi ilə başa çatacağının anonsu idi. Əməliyyatların davam etdiyi 44 gün ərzində torpaqlarımızın sürətlə azad edilməsi tərəflərin qüvvə nisbəti ilə bağlı həqiqətləri ortaya qoydu. Məlum oldu ki, Azərbaycan bu illərdə yeni ordu yaradanda Ermənistan öz ordusunu respublikamızın döyüş imkanları qarşısında heç nəyə yaramayan texnikalarla doldurmaqla məşğul imiş.

 

Bu müharibə Azərbaycan xalqının öz vətəni uğrunda müqəddəs savaşı idi. 30 il əvvəl başlasa da, bu savaş bitməmişdi, başa çatmamışdı. Amma ədalət bərpa edilməli, torpaqlarımız azad olunmalı, qisas alınmalıydı. İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan dövlətimiz bunu bacardı, savaşı bitirdi, həm Qələbə ilə.

 

 

İftixarla qeyd edəcəyimiz Zəfər Günü

 

 

Bu qələbənin müəllifi İlham Əliyevin Ali Baş Komandanı olduğu müzəffər Azərbaycan Ordusudur. Xalqımıza bu zəfəri yaşadanlar bizim əsgərlərimiz zabitlərimizdir. 44 gün ərzində rəşadətli ordumuz bir-birinin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, ümumilikdə 300-ə yaxın yaşayış məskənini işğaldan azad etdi.

 

Mədəniyyətimizin məbədi, milli qürurumuzun tacı olan Şuşanın noyabrın 8-də azad edilməsi isə Vətən müharibəsinin həlledici məqamı oldu. Məhz Şuşanın azad edilməsindən sonra məğlub olduğunu etiraf edən Ermənistanın hərbi-siyasi rəhbərliyi Ali Baş Komandan İlham Əliyevin şərtlərini qəbul etməyə razı oldu. Şuşanın azad edilməsi nəticəsində Ermənistan kapitulyasiyaya məcbur qaldı bunun nəticəsində Azərbaycan Ordusu bir güllə atmadan Ağdam, Kəlbəcər Laçın rayonlarını işğaldan azad etdi.

 

Xalqımızın əzmi iradəsi, güclü ordunun yaradılması milli həmrəylik Vətən müharibəsindəki qələbəni təmin edən mühüm amillər oldu. Azəraycan şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qalib xalq olduğumuzu bütün dünyaya sübut edib tarixi zəfəri qazandı. Prezident İlham Əliyevin sərəncamı ilə xalqımızın qüdrətinin milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabr ayının 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

 

Bu sərəncam bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı. Bununla da Azərbaycanda qeyd olunan əlamətdar tarixlərin sırasına bir dövlət bayramı da əlavə olundu. Bu bayramı xalqımız səbirsizliklə gözləyirdi. Ona görə 8 Noyabr Zəfər Günü xalqımızın ən müqəddəs gözəl bayramlarından biri kimi hər zaman qürurla, iftixarla qeyd ediləcək.

 

 

 

Şəhidlərin xatirəsi hər zaman ehtiramla anılacaq

 

 

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşlərdə yaralanan hərbçilərlə görüşü zamanı deyib: "Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir hər kəs bunu bilməlidir”.

 

Bəli, Azərbaycan Ordusunun əsgərləri, zabitləri, gizirləri 44 günlük müharibədə xalqımızın qəhrəmanlıq salnaməsini öz hərbi nümunələri ilə zənginləşdirdilər. Onlar igidlikləri ilə dastana döndülər, bütün dünyaya göstərdilər ki, Azərbaycan əsgərinin cəsarəti qarşısında düşmən dayana bilməz, məğlub olmağa məhkumdur.

 

Ermənistanın cəbhə xəttində möhkəmləndirdiyi, keçilməz etdiyi mövqeləri yaranlar Azərbaycan əsgərləridir. Onlar öz rəşadətləri, qorxmazlıqları ilə strateji yüksəklikləri, möhkəmləndirilmiş döyüş mövqelərini bircə həmlədə ələ keçirdilər. Elə bir döyüş olmadı ki, əsgərlərimiz geri çəkilsinlər, əksinə hər döyüşdən-döyüşə atəş zərbələri altında çətin coğrafi relyef iqlim şəraitində torpaqlarımızı azad etdilər. Hər bir şəhər kəndin azad olunması əsgərlərimizin qəhrəmanlığı, qanı sayəsində mümkün oldu. Şuşanın azad edilməsi isə Azərbaycan əsgərinin timsalında dünya hərb elminə düşən öyrənilməli unikal qəhrəmanlıq nümunəsidir.

 

Vətən övladları bu yolda ölümə meydan oxudular, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucaldılar. 44 gün davam edən döyüşlərdə ordumuzun 2783 nəfər döyüşçüsü qəhrəmancasına həlak oldu. Biz bu gün torpaqlarımızın azadlığına, ərazi bütövlüyümüzün bərpasına görə bu şəhidlərimizə borcluyuq. Onlar Azərbaycanı, xalqımızı öz canları, qanları ilə qalib etdilər.

 

Bu müharibədə mülki vətəndaşlarımız da həlak oldular. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl atdı, günahsız dinc insanları, o cümlədən uşaqları, körpələri qətlə yetirməklə müharibə cinayətləri törətdi.

 

Vətən uğrunda şəhid olan, canından keçən qəhrəman oğullarımız xalqımızın qəlbində əbədi yaşayacaqlar. Prezident İlham Əliyevin sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın əlaməti olaraq hər il sentyabrın 27-si respublikamızda Anım Günü kimi qeyd ediləcək.

 

Xalqımız canından keçən övladlarının xatirəsini hər zaman ehtiramla anacaq. Şəhidlərimizin qəhrəmanlığı, şücaəti böyüməkdə olan nəsillərin yollarına işıq salacaq, onlara hər zaman ilham verəcək.

 

 

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2020.- 5 dekabr.- S.1; 5.