Azərbaycanın və
Latviyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç
arasında telefon danışığı olub.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, telefon söhbəti zamanı
nazirlər bölgədə mövcud olan son vəziyyət,
10 noyabr tarixli Birgə Bəyanatın icrası ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıblar.
Nazirlər,
həmçinin ölkələrimiz arasında mövcud olan
ikitərəfli münasibətlərdən bəhs edib və
çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini
müzakirə ediblər.
Eyni zamanda, Avropa İttifaqının "Şərq
Tərəfdaşlığı” proqramında iştirakla bağlı məsələlər
nəzərdən keçirilib.
Tərəflər, habelə qarşılıqlı
maraq doğuran digər məsələləri
müzakirə ediblər.
Azərbaycan. - 2020.-5 dekabr.- S.2.