Azərbaycan ilə
Bolqarıstan arasında
ikitərəfli əməkdaşlıq
münasibətləri müzakirə
olunub
Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bolqarıstan Respublikasının Baş
nazirinin ədliyyə
islahatları üzrə
müavini, xarici işlər naziri Yekaterina Zaxariyeva arasında telefon danışığı olub.
Xarici
İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər
ki, nazirlər bölgədəki son vəziyyəti, eləcə
də noyabrın 10-da
imzalanmış üçtərəfli
bəyanatdan irəli gələn məsələlərin
icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə
dayanıqlı sülh,
təhlükəsizlik və
rifahın təmin edilməsi baxımından
əhəmiyyəti vurğulanıb.
Nazirlər
ikitərəfli əməkdaşlıq münasibətlərini,
həmçinin beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın genişləndirilməsi məsələlərini
müzakirə ediblər.
Tərəflər, habelə qarşılıqlı
maraq doğuran digər məsələlər
üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan. - 2020.-5 dekabr.- S.2.