Belarus səfirinin Azərbaycandakı diplomatik
fəaliyyəti başa
çatır
Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov
Belarus Respublikasının
Azərbaycan Respublikasındakı
səfiri Gennadi Axramoviçi diplomatik fəaliyyət müddətinin
başa çatması
ilə əlaqədar
qəbul edib.
Xarici
İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər
ki, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə
diplomatik fəaliyyətini
yüksək dəyərləndirib,
ölkələrimiz arasında
münasibətlərin inkişafına
verdiyi töhfəyə
görə təşəkkürünü
bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. İki ölkə xalqlarını bağlayan
tarixi və dostluq əlaqələrinə
toxunan nazir Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq
münasibətlərinin yüksək
səviyyədə olmasından
məmnunluq ifadə edib. Nazir Ceyhun Bayramov Azərbaycan torpaqlarının
Ermənistan işğalından
azad olunması ilə nəticələnən
44 günlük Vətən
müharibəsi haqqında
qarşı tərəfi
ətraflı məlumatlandırıb.
Səfir Gennadi Axramoviç ölkələrimiz arasında
bütün sahələr
üzrə əlaqələrin
inkişafından məmnunluğunu
bildirib, hətta
COVID-19 pandemiyası dövründə
belə iqtisadi əlaqələrdə artımın
müşahidə edildiyini
vurğulayıb. Səfir
Azərbaycanı ən
xoş arzularla tərk etdiyini bildirib və ölkəmizlə bağlı
xoş təəssüratlarının
daim xatirində olacağını qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan. - 2020.-5 dekabr.- S.2.