Azərbaycan Fransaya nota verib
Dekabrın 4-də Fransa Respublikasının Azərbaycan
Respublikasındakı səfiri
Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə səfirə
dekabrın 3-də Fransa
Milli Assambleyasında qəbul edilmiş "Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin
etiraz notası təqdim edilib.
Fransa səfirinin
diqqətinə beynəlxalq
hüququn norma
və prinsipləri,
BMT Nizamnaməsi, Helsinki Yekun
Aktı, BMT Təhlükəsizlik
Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə
zidd olan həmin sənədlə
bağlı qəti etiraz çatdırılıb.
Fransa səfiri Azərbaycan
XİN-in mövqeyinin
rəsmi Parisin diqqətinə çatdırılacağını
bildirib.
Azərbaycan. - 2020.-5 dekabr.- S.2.