Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident,
Azərbaycanın
tarixi Qələbəsi
- öz əzəli torpaqlarının azad olunması münasibətilə
Türkdilli Ölkələrin
Parlament Assambleyasının
(TÜRKPA) Katibliyi adından
və şəxsən
öz adımdan Sizi və qardaş
Azərbaycan xalqını
səmimi-qəlbdən təbrik
edirəm.
Ərazi bütövlüyü beynəlxalq
ictimaiyyət və müxtəlif platformalarda
daim birmənalı şəkildə dəstəklənən
Azərbaycanın BMT-nin
qətnamələrini özü
yerinə yetirməsi onun beynəlxalq hüququn prinsiplərinə
hörmətinin parlaq
nümunəsidir. Həmçinin TÜRKPA olaraq hərbi əməliyyatlar zamanı
bir neçə dəfə Azərbaycanın
ədalətli mövqeyini
dəstəklədiyimizi verdiyimiz
bəyanatlarda, xüsusilə
Azərbaycan şəhərlərində
mülki əhalinin raket atəşinə tutulmasını şiddətlə
qınadığımızı bildirmişik. Eləcə də
şəxsən mən
və Katibliyin digər əməkdaşları
atəşə məruz
qalmış şəhərlərə
səfərlər edərək
raket hücumlarının
nəticələri ilə
yerində tanış
olub, əldə etdiyimiz məlumatlar əsasında tərəfimizdən
müvafiq hesabat hazırlanaraq əməkdaşlıq
etdiyimiz 12 beynəlxalq
parlamentlərarası təşkilata
göndərilib.
Azərbaycanın zəfəri onun böyük hərbi və diplomatik uğurudur. Təbii ki, bu Qələbənin
təməlində böyük
zəhmət və yorulmaz fəaliyyət dayanır. Sizin rəhbərliyinizlə Azərbaycanda dövlət
quruculuğu prosesi, iqtisadi durumun və sosial rifahın yaxşılaşdırılması,
ölkənin hərbi
gücünün artırılması,
xalq həmrəyliyinin
möhkəmləndirilməsi istiqamətində görülən
tədbirlər qazanılmış
şanlı zəfərdə
böyük paya malikdir. Tarixi ədalətin bərpa olunması Azərbaycan xalqının
həmrəyliyini və
dövlətinə dəstəyini
bir daha nümayiş etdirdi. Məhz Sizin Sərəncamınızla hər
il noyabrın 8-nin Azərbaycanda Zəfər
Günü kimi qeyd edilməsi qardaş Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə
malik bu bənzərsiz qələbəni
əbədiləşdirəcəkdir.
Möhtərəm
cənab Prezident, artıq uzun müddətdir öz torpaqlarında yaşamaq imkanından məhrum olan insanlar bu
Qələbə nəticəsində
doğma yurdlarına dönə biləcəklər.
Əminəm ki, azad edilmiş torpaqlarda həyat yenidən dirçələcək
və bölgə qısa zamanda regionun cəlbedici turizm istiqamətlərindən
birinə çevriləcək.
Həmçinin fürsətdən
istifadə edərək
təşkilatımızın yaxın gələcəkdə
nəzərdə tutulan
tədbirlərin bəzilərini
azad edilmiş torpaqlarda həyata keçirməsi arzusunu da məmnuniyyətlə Sizə çatdırıram.
Böyük Zəfər münasibətilə
Sizi bir daha təbrik edir, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayır, Zati-alinizə
dərin hörmət
və ehtiramımı
izhar edirəm.
Dərin hörmət və ehtiramla,
Altınbek Mamayusupov
Türkdilli Ölkələrin Parlament Assambleyasının
Baş katibi
Azərbaycan. - 2020.- 5 dekabr.- S.3.