Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Böyük Qələbə münasibətilə
Sizi ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi adından və şəxsən öz adımdan səmimi-qəlbdən
təbrik edirəm.
Azərbaycanın işğal edilmiş 20 faiz ərazisi 30 ildən sonra azad edildi. Bu,
Azərbaycanın ən
yeni tarixində çox əlamətdar hadisə oldu. Bu hadisə Azərbaycan xalqının öz torpağında yaşamaq
və işləmək
niyyətini göstərdi.
Ölkənizdə yüzdən
çox millətin, o
cümlədən yəhudi
xalqının nümayəndələri
- dağ, gürcü,
rus yəhudiləri böyük bir ailə kimi yaşayır.
Bu
Böyük Qələbə Sizin yorulmaz əməyiniz sayəsində
uzun illər ərzində formalaşmış mükəmməl
xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili
harmoniyanın, həmçinin Azərbaycanın bütün əhalisinin
birlik və bərabərliyinin nəticəsidir.
Hörmətli
cənab Prezident, yorulmaz fəaliyyətiniz, böyük qətiyyətiniz
ilə Siz nəinki müqəddəs torpaqlarınızın
düşmən işğalından azad olunmasını təmin
etmisiniz, həmçinin atanız, Azərbaycanın
böyük oğlu Heydər Əliyev tərəfindən
bünövrəsi qoyulmuş prinsiplərə sədaqəti
sübuta yetirərək dünyada həqiqəti və ədaləti
bərpa etmisiniz.
ABŞ və
Kanadanın Buxara Yəhudiləri Konqresi 1999-cu ildə
Nyu-Yorkda yaradılmış və Şimali Amerikada yüzdən
çox təşkilat və dini icmanı birləşdirən
çoxprofilli təşkilatdır.
Uzun illərdir
ki, biz ölkənizin Diasporla İş üzrə Dövlət
Komitəsi və Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq
edərək Azərbaycan ilə ABŞ arasında xalq
diplomatiyasının inkişafında iştirak edirik. Xüsusilə
2012-ci ildə Azərbaycanın
Xalq artisti Zeynəb Xanlarovanın Nyu-Yorkda qastrolları olub. 2020-ci ildə bizim icma, Konqresimizin
idarə heyətinin üzvləri Azərbaycanın
parlament seçkilərində
müstəqil ekspertləri
kimi iştirak ediblər, Buxara yəhudiləri bir müddət Bakıda yaşayıb, onların bəziləri hətta yəhudi qəbiristanlığında dəfn
olunublar.
Bizim xalqımız Azərbaycanın
musiqi mədəniyyətinə,
o cümlədən bəstəkar
Üzeyir Hacıbəylinin,
xanəndə Xan Şuşinskinin yaradıcılığına
böyük sevgi ilə yanaşır. Kinodramaturq Rüstəm İbrahimbəyovun, rəssam
Abbas Kazımovun, bəstəkar Qara Qarayevin, müğənni
Rəşid Behbudovun əsərləri bizim üçün böyük
dəyərdir.
2016-cı
ildə Nyu-Yorkda "İntibah” buxara-yəhudi teatrının səyləri
ilə Üzeyir Hacıbəylinin "Arşın
mal alan” musiqili komediyası səhnəyə qoyulub. Bizim şairimiz İlyas Mallayev təkcə tarçı-virtuoz
deyil, o, həmçinin
Füzuli dilində şerlər yazıb. Müğənnilərimiz - Özbəkistanın
Xalq artisti Məhəbbət Şamayeva,
Tamara Katayeva ABŞ-da, Avstriyada, İsraildə və Kanadada böyük müvəffəqiyyətlə məşhur Azərbaycan mahnıları ifa edirlər. Azərbaycanın
ictimai həyatı və mədəniyyəti,
həmçinin onun qəhrəman övladlarının
nailiyyətləri barədə
doğru məlumatlar icmamızın "The Bukharian Times” qəzetində dərc edilir.
Zati-aliləri, cənab Ali Baş Komandan bir daha Sizi,
qardaş Azərbaycan
xalqını, şanlı
Azərbaycan Ordusunun şəxsi heyətini tarixi Qələbə münasibətilə təbrik
edirəm.
Azərbaycanın qələbəsi xəbərinin
ölkənin Bayraq Gününə təsadüf
etməsi rəmzi məna daşıyır.
Qoy, Azərbaycanın
üçrəngli bayrağı
bütün regionda sülhün dayağı
olmuş müstəqil,
güclü, qonaqpərvər
və səmimi, multietnik və çoxkonfessional Azərbaycanın
bütün ərazisində
daim dalğalansın!
Hörmətlə,
Boris Kandov
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti
Azərbaycan. - 2020.- 5 dekabr.- S.3.