Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, möhtərəm cənab Prezident.

Beynəlxalq Davamlı Sülhİnkişaf Fondu (IFSPD) adından Dağlıq Qarabağ regionunda tarixi əhəmiyyət kəsb edən sülhü alqışlayır, Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırırıq.

Ümidvar olduğumuzu bildiririk ki, atəşkəs haqqında Sizin qürurla imzaladığınız razılaşma Dağlıq Qarabağda sabitlik və firavanlıq erasına gətirib çıxaracaq, regiondabütün dünyada sülhə, inkişafa və əməkdaşlığa şərait yaradacaq.

Beynəlxalq Davamlı Sülhİnkişaf Fondu dünyanın qırx ölkəsindən görkəmli ziyalıları, alimləri, ictimai xadimləri, diplomatları və ekspertləri bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatı kimi öz fəaliyyətini, ilk növbədə, sülhün təmin edilməsinə, dialoqun, qarşılıqlı anlaşmanın, xalq diplomatiyasının, multikulturalizm dəyərlərinin inkişafına; regional və beynəlxalq təhlükəsizliyə təhdid və təhlükələrin təhlilinə; münaqişələrin qarşısının alınması və nizamlanması üçün beynəlxalq səylərə kömək göstərməyə yönəldib. Bununla əlaqədar Fondumuz Dağlıq Qarabağ mübahisəsinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazı bütövlüyünü, habelə beynəlxalq sərhədlərin toxunulmazlığını təsdiq etmiş qətnamələrinə uyğun şəkildə həll edilməsini ardıcıl olaraq dəstəkləyib.

İnanırıq ki, Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə əldə olunan razılaşma Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və tam həlli, eləcə də məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmaları üçün zəruri şərait yaradacaq.

Zati-aliləri, biz Sizə və bütün azərbaycanlılara bir daha səmimi qəlbdən ölkənizdə və onların evlərində sülhün və firavanlığın bərqərar olmasını arzu edirik.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı qəbul edin.

 

 

Biserka Yevtimiyeviç

IFSPD-nin prezidenti,

Esma Sirbubalo

IFSPD-nin icraçı direktoru

Azərbaycan.-2020.- 12 dekabr.- S.2.