NüfuzluChina Dailyqəzeti Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasındakı çıxışından yazır

 

 

Nüfuzlu "China Dailyqəzeti Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasını diqqətdə saxlayıb.

AZƏRTAC xəbər verir ki, qəzet Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 3-də Qoşulmama Hərəkatının Sədri qismində sessiyada videoformatda çıxışından bəhs edib. "China Daily" Prezident İlham Əliyevin "Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin tibbi avadanlığa münasib, maneəsiz bərabər çıxışının əhəmiyyətini vurğulayır" fikrini qeyd edərək yazır ki, bu, COVID-19-a qarşı əlaqəli səmərəli mübarizənin tərkib hissəsi olmalıdır.

Nəşr yazır: "Əliyev ümidvar olduğunu bildirib ki, COVID-19-a qarşı vaksin hamı üçün münasib qiymətə paylanılması təmin ediləcək. Pandemiya ən yoxsul zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur. Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir”.

Qeyd edək ki, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci il mayın 4-də koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə Prezident İlham Əliyev BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Qoşulmama Hərəkatının bütün 120 üzvü həmin təklifi dəstəkləyib. Ümumilikdə, BMT-nin 150-dən çox üzv dövləti həmin təşəbbüsü dəstəkləyib. Beynəlxalq regional əməkdaşlığa dırnaqarası yanaşan Ermənistan isə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxış edib. Rəsmi İrəvan son anadək Xüsusi Sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb. Dövlətimizin başçısının vurğuladığı kimi, beynəlxalq münasibətlərin subyekti yox, obyekti olan Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olub.

 

 

Azərbaycan. - 2020.- 5 dekabr.- S.3.