Azərbaycan və
Ukrayna parlamentlərarası
dostluq qruplarının
onlayn görüşü
olub
Dekabrın 3-də Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan parlamentlərarası
əlaqələr üzrə
işçi qrupları
arasında videokonfrans
formatında görüş
olub.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki,
görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
Rüfət Quliyev, qrupun üzvləri Vüqar İsgəndərov,
Müşfiq Cəfərov, Naqif Həmzəyev, Elman Nəsirov,
Əminə Ağazadə, Cavid Osmanov, Anar Məmmədov,
Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrləri
Valeriy Kolyux, Vladimir Kreydenko, Ukraynanın ölkəmizdəki
səfiri Vladislav Kanevski, ölkəmizin Ukraynadakı səfirliyinin
nümayəndəsi Vüsal Süleymanov, Ukraynada Azərbaycan
diasporunun rəhbəri Hikmət Cavadov və digər şəxslər
iştirak ediblər.
Çıxış edən Valeriy Kolyux bildirib ki, Ukrayna parlamentində
Azərbaycanla işçi
qrupu ən böyük qruplardan biridir, 50-dən çox üzvü var. Qrup böyük olduğuna görə onun iki həmsədri
var.
Sonra Vladimir Kreydenko çıxış edərək
diqqətə çatdırıb
ki, Ukrayna həmişə Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləyib və
bundan sonra da dəstəkləyəcək.
Hər iki həmsədr Azərbaycanı
öz ərazi bütövlüyünü bərpa
etməsi münasibətilə
təbrik ediblər. Həmsədrlər işğaldan
azad edilmiş Azərbaycan ərazilərində
tezliklə iqtisadi inkişafın və infrastrukturun qurulmasının
təmin ediləcəyinə
əminliklərini ifadə
ediblər. Qeyd olunub ki, ölkələrimiz
arasında münasibətlər
qarşılıqlı hörmətə
və etimada əsaslanır.
Rüfət
Quliyev Milli Məclisin rəhbərliyi
adından ölkəmizin
ərazi bütövlüyünün
bərpasında birmənalı
olaraq Azərbaycanı
yüksək səviyyədə
dəstəklədiyinə görə Ukrayna dövlətinə və xalqına təşəkkürünü
bildirib. Diqqətə
çatdırıb ki,
bu müharibədə
beynəlxalq hüquq və ədalət bizim tərəfimizdə idi və biz
qalib gəldik. Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələrdir
və prezidentlərimizin
sayəsində bu münasibətlər yeni səviyyəyə yüksəlib.
Hazırda Ukraynada 500 mindən artıq azərbaycanlı yaşayır.
Çoxlu sayda azərbaycanlı gənc Ukraynanın müxtəlif
ali məktəblərində
təhsil alır.
Sonra
onlayn görüşdə
parlamentlərarası əlaqələrin
inkişafı, qarşılıqlı
ticarət dövriyyəsinin
artırılması, birbaşa
aviareyslərin bərpası,
investisiyaların təşviqi,
kənd təsərrüfatı
sahəsində əməkdaşlıq
barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2020.- 5 dekabr.- S.3.