Əli Əhmədov: Fransa Milli Assambleyası
Senatın səhvini və günahını təkrar edir
Fransa
Senatının ardınca
bu ölkənin parlamentinin aşağı
palatası olan Milli Assambleyanın dekabr ayının 3-də
"Erməni xalqının
və Avropa və Şərqin xristian icmalarının müdafiəsi” adlı qətnamə qəbul etməsi mübaliğəsiz
olaraq siyasi riyakarlığın bariz
ifadəsi sayıla bilər. Qətnamənin əsas mövzusu
ilə əlaqədar
şərhlərdən əvvəl
onu vurğulamaq yerinə düşər ki, Fransa hökumətinin
məscidlərə və
müsəlman icmalarına
qarşı total təzyiqlərinin həyata
keçirdiyi bir zamanda Milli Assambleyanın
Avropada və Şərqdə xristian icmalarının müdafiə
edilməsi barədə "həyəcan
təbili” çalması
heç bir sağlam məntiqə sığmır. Fransanın
artıq bir neçə ildir Avropada milli və irqi dözümsüzlüyün,
islamofobiyanın mərkəzinə
çevrilməsi nəinki
İslam dünyası,
eləcə də xristian ölkələrini
narahat etməyə başlayıb. Ona görə də bu ölkənin dünyada xristianların müdafiəsi ilə əlaqədar çağırışları
qədər əslində
antixristian təbliğatı
təsəvvür etmək
mümkün deyil.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının
sədr müavini – icra katibi Əli
Əhmədov özünün
rəsmi "Facebook” səhifəsində bildirib.
Baş
nazirin müavini qeyd edib ki,
Milli Assambleyanın qəbul etdiyi qətnamə noyabr ayının 25-də Fransa
Senatının qəbul
etdiyi qətnamənin
əsassız, qeyri-obyektiv
və ziyanlı iddialarını təkrar
edir və yenidən Fransa hökumətinə Dağlıq
Qarabağın tanınması
kimi təxribatçı
təklif ünvanlayıb: "Senatın qəbul
etdiyi məsuliyyətsiz
və məsuliyyətsiz
olduğu qədər
də ziyanlı qətnamə ilə əlaqədar Azərbaycan
cəmiyyəti, Milli Məclis, hökumət, siyasi partiyalar və qeyri-hökumət təşkilatları əsaslı
mövqelərini bildirdiyindən
onları yenidən təkrar etməyə ehtiyac yoxdur. Lakin diqqəti çəkən
məqam Senatın məlum tövsiyəsinə
cavab olaraq Dağlıq Qarabağın
tanınmasının mümkün
olmaması barədə
Fransa hökumətinin
öz mövqeyini elan etməsindən sonra Milli Assambleyanın
yenidən hökumətə
bu qondarma, artıq formal şəkildə də mövcud olmayan qurumu tanımağı tövsiyə etməsidir.
Doğrudur, parlament müzakirələrində ölkənin
xarici işlər naziri Jan İv
Le Duran qondarma Dağlıq Qarabağın tanınmasının
mümkün olmadığını
bəyan edib. Lakin görünən budur ki, hökumətin
"qəti” mövqeyi
parlamentariləri inandırmayıb.
Lakin bu faktın özünün
nə qədər inandırıcı olması
sual doğurur. Fransanın Milli Assambleyasının 577 üzvünün
yarıdan çoxu, təxminən 60%-i, Prezident
Makronun "İrəli,
Fransa” partiyasına və onun müttəfiqi
"Demokratik hərəkat”
partiyasına mənsubdur.
Məlum qətnaməyə
müxalifət partiyalarla
bərabər, hakim partiya və onun müttəfiqləri də səs verib. Qondarma "Dağlıq Qarabağ respublikası”nın
tanınmasına hökumətin
razılıq vermədiyi
məlum olduğu halda, prezidentin partiyasının nümayəndələrinin
yenidən eyni tövsiyəni irəli sürməsi təəccüblü
görünməyə bilməz.
Milli Assambleyanın Senatın məsuliyyətsiz
və ziyanlı, eynilə də perspektivsiz səhvini və günahını təkrar etməsi nəyin ifadəsidir: Makronun partiyasının ona itaətsizliyinin, erməniləri Makrondan və onun hakimiyyətindən
çox sevməsinin,
yoxsa anti-Azərbaycan,
anti-Türkiyə mövqeyinin
ədalət, humanizm,
obyektivlik kimi dəyər və prinsiplərdən üstün
tutulmasının?”.
"Senatın qətnaməsi kimi, Milli Assambleyanın
qətnaməsi də
hüquqi qüvvəyə
malik deyil və qondarma, artıq əslində, mövcud olmayan "Dağlıq Qarabağ respublikası”nın tanınması
baxımından hər
hansı perspektivdən
məhrumdur. Lakin bu qətnamənin Azərbaycana və qardaş Türkiyəyə
dost olmayan münasibətinin ifadəsi
kimi diqqətdən kənarda qalması da yolverilməzdir. İndi dostların və dost olmayanların
tanınması zamandır”,
– deyə Əli Əhmədov qeyd edib.
Azərbaycan. - 2020.-5 dekabr.- S.3.