Dmitri Peskov: Qarabağın Azərbaycana
mənsubluğu BMT-nin
Təhlükəsizlik Şurasının
müvafiq qətnamələri
ilə müəyyən
edilib
Dağlıq Qarabağın Azərbaycana
mənsubluğu BMT-nin
Təhlükəsizlik Şurasının
müvafiq qətnamələri
ilə müəyyən
edilib.
AZƏRTAC
xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya
Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O,
müharibədən və
Azərbaycan, Ermənistan,
Rusiya liderlərinin imzaladığı razılaşmadan
sonra Qarabağın statusu barədə məsələyə Rusiyanın
münasibətinin dəyişib-dəyişməyəcəyinə
dair sualı cavablandıraraq deyib:
"Bu ərazilərin
mənsubluğu Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələri ilə
kifayət qədər
çoxdan müəyyən
edilib. Bunların hamısı Təhlükəsizlik
Şurasının qətnaməsində
göstərilib. Rusiya
və əslində heç bir ölkə heç nəyi dəyişməyib.
Prezident Putin deyib ki, Qarabağın
müstəqilliyi tanınmayıb,
o, hətta Ermənistanın
özü tərəfindən
belə tanınmayıb,
bu barədə Prezident Putin deyib”.
Kremlin rəsmi
nümayəndəsi əlavə edib ki, rusiyalı hərbçilər,
həmçinin Qarabağda Rusiyanın humanitar missiyası öz fəaliyyətlərini həm
azərbaycanlılar, həm də ermənilər ilə əlaqələndirirlər.
Azərbaycan. - 2020.- 5 dekabr.- S.3.