Azərbaycan yeni tarix yazdı

 

Zəfər paradı Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi

 

- Vətən müharibəsinin necə başlanması və necə nəticələnməsi çox mühüm məsələ idi. Bununla bağlı gedən hazırlıqlar, xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, erməni ordusunun özü haqqında yaratdığı mifin dağıdılması çox mühüm əhəmiyyət kəsb edirdi. Bu ərəfədə kimin dost, kimin düşmən olduğu da bir daha özünü büruzə verdi. Məhz Türkiyənin Azərbaycanın yanında olması, mənəvi siyasi dəstəyi çox mühüm əhəmiyyət kəsb edən məsələ idi.

Cənab Prezidentin çıxışında müasir texnikamızın, yüksək texnologiyaya əsaslanan silahlarımızın öz kadrlarımız tətəfindən idarə edilməsi çox mühüm məsələ kimi qeyd olundu. Bu qələbənin əldə olunmasında təkcə müasir texnologiyalar deyil, Azərbaycan əsgərində olan ruh yüksəkliyi bir daha özünü göstərdi.

Prezident İlham Əliyevin Zəfər paradında çıxışı xüsusi əhəmiyyət kəsb edən bir sənəddir. Ümumiyyətlə, paradda çox mühüm məsələlərə toxunuldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə hərbçilərinin paradda iştirakı isə xüsusi qeyd edilməlidir.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə gəldikdən sonra dövlətçiliyimizin bütün sahələri ilə yanaşı, ordu quruculuğu sahəsində çox böyük işlərin görülməsinə başlandı Azərbaycanın müasir ordusu yaradıldı. Heydər Əliyevin dövlətçilik təcrübəsi bu sahədə özünü göstərdi. Heç təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib, bütün sərhədlərimizdə Azərbaycan Ordusu durur bu parad da şəhidlərimizin qanı bahasına başa gəlmiz şanlı qələbənin bariz nümunəsidir.

Bu parad, eyni zamanda bir daha Azərbaycan Ordusunun gücünü, müasir hərbi texnika silahlarla, o cümlədən müasir PUA-lar, raket sistemləri, hava hücumundan müdafiə sistemləri digər müasir silah sistemləri ilə təmin olunduğunu göstərdi.

 

 

Milli Məclisin deputatı:

Arzu NAĞIYEV,

Azərbaycan.-2020.- 12 dekabr.- S.6.