Fransa Milli Assambleyasının
qətnaməsi ölkə
parlamentinin növbəti
təxribatçı fəaliyyətindən
xəbər verir
Fransa Milli Assambleyasının
"Erməni xalqının
və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi Fransa parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir.
Senatın ardınca Aşağı Palatanın
qərəzli qətnamə
qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər
Nazirliyinin açıqlamasında yer alıb.
Açıqlamada deyilir: "Qətnamənin
adından da göründüyü kimi,
reallıqla heç bir əlaqəsi olmayan, məsələyə
dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst
mövqelərini süni
əsaslandırma ilə
təqdim etməyə
çalışır. Azərbaycan
müxtəlif dini etiqad və etnik mənsubiyyətə
malik insanların harmoniya və sülh şəraitində
bir ailə kimi yaşadığı
çoxmillətli və
çoxkonfessiyalı dövlətdir.
Biz Ermənistan-Azərbaycan
münaqişəsini dinlərarası
və sivilizasiyalararası
toqquşma kimi qələmə vermək
cəhdlərini rədd
edir, sülh və təhlükəsizlik
üçün ciddi
təhdid olan bu cür yanaşmanı
qətiyyətlə pisləyirik.
Bu qətnamənin
hüquqi qüvvəsi
yoxdur. Lakin Senatın halında
olduğu kimi, Milli Assambleyanın sənədinin siyasi mənasını nəzərə
alaraq, bu kökündən yanlış
qətnamələrin beynəlxalq
hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik
Şurasının 1993-cü il tarixli qətnamələri, eləcə də Azərbaycan ilə Fransa arasında mövcud olan ikitərəfli sənədlər ilə ziddiyyət təşkil etdiyini vurğulamaq istərdik.
Fransa
qanunverici orqanının bu addımı ölkənin vasitəçi
mandatına ciddi zərbə vurur, eləcə də ikitərəfli
münasibətlərə kölgə salır.
Onu
da vurğulamaq lazımdır ki, Fransa Milli Assambleyası
bu günədək etnik təmizləməyə
məruz qalan və fundamental insan hüquqları pozulan bir milyon
azərbaycanlı haqqında
bir dəfə də olsun dinləmə
keçirməyib və
hər hansı qətnamə qəbul etməyib. Bu isə Fransa qanunverici orqanının tam qərəzli mövqe tutduğunu açıq şəkildə
nümayiş etdirir.
Milli
Assambleya tərəfindən Azərbaycan, Ermənistan və
Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının
müddəaları ilə tam ziddiyyət təşkil edən
yanaşmanın sərgilənməsi həm bölgədə,
həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin
təmin edilməsi səylərinə ciddi xələl gətirir.
Qeyd
etmək istətdik ki, Milli Assambleyanın
əsassız və qərəzli qətnamə
qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı
səfiri Xarici İşlər Nazirliyinə
çağırılacaq və
Azərbaycan tərəfinin
qəti etirazı qarşı tərəfin
diqqətinə çatdırılacaq”.
Azərbaycan. - 2020.-5 dekabr.- S.3.