Ümummilli Liderin ideyaları layiqincə davam etdirilir

 

Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımızın rifahı naminə gördüyü işlər atdığı addımların bəhrəsi bu gün həyatımızda öz yerini tutur. Ulu Öndər tarixdə olan nadir şəxsiyyətlərdən, liderlərdən biri idi ki, vahid, suveren dövlət konsepsiyasını hazırlamış həyata keçirmişdir.

Heydər Əliyev 1993-cü ildə ölkəmizin siyasi rəhbərliyinə geri döndüyü dövrdən etibaran "qurmaq "yaratmaqprinsiplərinə öz fəaliyyətində sadiq qaldı. Ölkəmiz üçün tarixin çətin sınaq mərhələlərindən olan bir dönəmdə məhz Ümummilli Liderin siyasi səriştəsinin nəticəsində xalqımız sınaqlardan üzüağ çıxmış, bugünkü suveren inkişaf etmiş Azərbaycanın təməlləri qurulmuşdur. Azərbaycan gənc bir dövlət kimi, elm, təhsil, iqtisadiyyat, gənclər siyasəti, ordu quruculuğu, xarici siyasət, beynəlxalq əməkdaşlıq, neft qeyri-neft sektoru kimi sahələrdə inkişaf etməyə başladı bu çiçəklənmə dövründə hər bir azərbaycanlı fəxrlə məşhur cümləni təkrarlayırdı: "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”

Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi dövrdə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qətnamələrin qəbul olunması, Azərbaycanın ərazi bütövlüyünün tanınması məhz ölkəmizin çətin dövründə görülən ən böyük işlərdən biri kimi qiymətləndirilə bilər. Ulu Öndərin siyasi fəaliyyətinin nəticəsində ərazi bütövlüyümüzə torpaqlarımıza qarşı olan iddialar zamanı haqq səsimiz dünyaya çatdırılmışdır.

Həmçinin eyni dövrə təsadüf edən "Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanda iqtisadi inkişafın dirçəlişin əsas təməli oldu. Siyasi səriştə illərin təcrübəsi ilə əsl lider kimi ölkəni idarə edən Ulu Öndəri bu amalda bütün azərbaycanlılar dəstəklədi. Çünki hər kəs çox yaxşı bilirdi ki, ana vətənin rəhbərliyi artıq doğru əllərdədir ölkəmizi parlaq bir gələcək gözləyir.

Heydər Əliyev öz siyasi kursuna, dəyərli fikrinə sadiq qalaraq, fəaliyyətdə olduğu müddət boyunca qurmuş yaşatmışdır. Özünün dediyi kimi: "İnsan qurmalıdır, yaratmalıdır!” Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Ulu Öndər öz şəxsi keyfiyyətləri siyasi rəhbərliyi ilə bütün xalqımızın qəlbində böyük yer qazanmış, heç vaxt sınmayan bir inam etibar ilə xalqımızla bağlılıq qurmuşdur.

Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs, miras qoyduğu irs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı buna görə xoşbəxtdir gələcəyə inamla baxır. Çünki bilir ki, Azərbaycanın dayanıqlı inkişafı tərəqqisi doğru şəxsin əlindədir. Hər birimiz üçün önəmli məsələ olan Qarabağın işğaldan azad edilməsi məhz layiqli davamçı, peşəkar siyasi lider İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Sözsüz burada bir məqamı qeyd etmək lazımdır ki, Ulu Öndərin 2003-cü il Prezident seçkilərindən öncə İlham Əliyev barədə səsləndirdiyi "Mən Ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəmcümləsi bu gün özünü doğruldur.

Ulu Öndərin ideyaları azərbaycançılıq məfkurəsi bu gün bütün Azərbaycanda hiss edilir, görülür. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu da bu gün respublikamızda xaricdə bir çox böyük layihələr həyata keçirərək Ulu Öndərin xatirəsini əbədiləşdirir.

Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanın xilası, quruculuq işlərinin aparılması, İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksəlişi, Mehriban Əliyevanın təşəbbüsləri ilə mühüm layihələrin icra edilməsi bir daha Ulu Öndərin "İnsan qurmalıdır, yaratmalıdırkəlamının dəyərini aktual olduğunu göstərir. Bu kəlam son 27 il ərzində hər keçən gün ölkəmizdə inkişaf yolunda, xalqın rifahı üçün atılan hər addımda daha aydın görünür.

 

 

Şahin SEYİDZADƏ,

Milli clisin deputatı

Azərbaycan.-2020.- 12 dekabr.- S.7.