Venesuela ilə Azərbaycan arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

 

 

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Anar Kərimov iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf etdiyini bildirib, mədəni əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

O, xalqımızın Vətən müharibəsindəki zəfəri barədə söhbət açıb, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın talan olunduğunu, o cümlədən mədəniyyət müəssisələrinin, tarixi abidələrin məhv edildiyini diqqətə çatdırıb. Azad edilmiş rayonlarda geniş quruculuq işlərinin başlanacağını, həmin ərazilərdə mədəniyyət infrastrukturunun yaradılması, tarixi-mədəni abidələrin bərpası ilə bağlı böyük işlərin görüləcəyini qeyd edib.

Qəbula görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasındakı münasibətlərin mədəniyyət sahəsində ikitərəfli beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa zəmin yaratdığını bildirib. Venesuelada hər il mədəniyyət sahəsində keçirilən beynəlxalq tədbirlərdən bəhs edən səfir bu sırada dünyanın 40-dan çox ölkəsinin qatıldığı beynəlxalq kitab sərgisini vurğulayıb Azərbaycan tərəfini növbəti sərgidə iştirak üçün dəvət edib. Mövcud pandemiya şəraitinin 2021-ci ildə sabitləşəcəyinə ümidvar olduğunu deyən səfir gələn il Azərbaycanda bir sıra mədəniyyət tədbirlərinin, o cümlədən Venesuela filmləri festivalı, Venesuela rəssamlarının sərgisi, yazıçılar şairlər arasında mübadilə, mədəni irsin qorunması bərpası barədə müzakirələr keçirməyi planlaşdırdıqlarını deyib.

Azərbaycan-Venesuela mədəni əlaqələrinin inkişafı ilə bağlı təklif təşəbbüslərə dəstək göstərməyə hazır olduğunu bildirən Anar Kərimov keçiriləcək tədbirlərin Venesuela mədəniyyəti haqqında Azərbaycan xalqına Azərbaycanın mədəni irsi haqqında Venesuela xalqına geniş məlumat verəcəyinə inamını ifadə edib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

 

Azərbaycan. - 2020.-5 dekabr.- S.5.