Müqəddəs Miradaşıyan
Qadınlar Kafedral Kilsəsində Vətən
müharibəsi şəhidlərinin
xatirəsinə həsr
olunmuş anım mərasimi keçirilib
Dekabrın 4-də Bakıdakı Müqəddəs
Miradaşıyan Qadınlar
Kafedral Kilsəsində
Vətən müharibəsində
canlarından keçmiş
şəhidlərin xatirəsinə
həsr olunmuş anım mərasimi keçirilib. Erməni təcavüzünün qurbanları
olmuş dinc sakinlərin də xatirəsi yad edilib.
AZƏRTAC
xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə
şəhidlərin xatirəsini
bir dəqiqəlik sükutla yad ediblər. Sonra Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan Yeparxiyasının
arxiyepiskopu Aleksandr İşein jurnalistlər
qarşısında çıxış
edib. O vurğulayıb
ki, rəşadətli
Azərbaycan döyüşçüləri
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müqəddəs borclarını
yerinə yetiriblər.
Vətənimizin torpaqlarını
çoxillik işğaldan
azad etmək naminə canlarından keçmiş bu igidlərin xatirəsi əbədi yaşayacaq.
Aleksandr ata qeyd edib
ki, mənfur düşmən münaqişə
zonasından kənarda
yerləşən dinc
şəhərlərə dəfələrlə hücum
edib, nəticədə
onlarla insan, o cümlədən qadınlar
və uşaqlar həlak olub. Arxiyepiskop vurğulayıb ki, Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri bu
ölkəni özləri
üçün doğma
ev hesab edir, ona görə
də milliyyətindən
və dini mənsubiyyətindən asılı
olmayaraq ölkəmizin
hər bir vətəndaşı son
damla qanına qədər öz Vətənini qorumağa hazırdır.
Daha sonra
Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində
arxiyepiskop Aleksandrın və baş keşiş Leonid
Miltıxın iştirakı ilə şəhidlərin xatirəsinə
dualar oxunub.
Azərbaycan. - 2020.- 5 dekabr.- S.5.