Gəncədə Şamaxıda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub

 

 

Gəncədə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub.

 

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Gəncədəki Şah Abbas Cümə məscidində, Aleksandr Nevski Rus Pravoslav kilsəsində Yəhudi Dini İcmasında anım mərasimləri təşkil olunub, şəhidlərin ruhuna dualar oxunub.

 

Gəncənin Şah Abbas Cümə Məscidində vəhdət namazı qılınıb. Şəhidlərin ruhuna dualar oxunub. Dindarlar Vətənimizin bütövlüyü suverenliyi uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, yaralılara isə Tanrıdan şəfa diləyiblər. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov din xadimləri iştirak ediblər.

 

Gəncədə Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Vətən müharibəsi şəhidləri xüsusi mərasimlə yad edilib. Anım mərasimi zamanı şəhidlərimizin ruhuna dualar oxunub.

 

Gəncədəki Yəhudi Dini İcmasında Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib. Anım mərasimində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, yaralılara şəfa dilənib.

 

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

 

* * *

 

Dünən Şamaxıda torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə qurban gedən şəhidlərimizin xatirəsi hörmətlə anılıb.

 

AZƏRTAC xəbər verir ki, hər yerdə - idarə müəssisələrdə, küçə parklarda, ticarət iaşə obyektlərində, insanların, necə deyərlər, bir gözündə fərəh, bir gözündə kədər var idi. Sevinc 30 ildən bəri erməni qəsbkarlarının işğalı altında olan Qarabağımızın cəmi 44 gün ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi ilə yaşanan Qələbənin nəticəsi idi. Kədər isə vətənimizin azadlığı uğrunda canından keçən əbədiyyətə qovuşan 2783 nəfər şəhidimizin qəlblərdə yaşatdığı acı idi. Şəhidlərimizin 42 nəfəri məhz Şamaxıdan idi onların xeyli hissəsi Vətən müharibəsinə könüllü olaraq getmişdi.

 

Saat 12:00-da bütün rayon, o cümlədən Şamaxı şəhəri bir dəqiqəlik sükuta qərq olmuşdur. Hamı əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

 

Qafqazın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilən Şamaxı Cümə məscidində şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Məscidin imamı, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Qobustan üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ermənilərin tarixən Azərbaycan xalqına qarşı etdikləri soyqırımları xatırladaraq deyib: "Azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımı siyasəti, xüsusilə İrəvan, Qarabağ, Bakı, Quba, Şamaxı digər bölgələrimizdə dəhşətli faciələr yaşadıb. 1918-ci il hadisələri zamanı Şamaxıda 20 min nəfərdən çox insan qətlə yetirilib. Mövcud olan 12 məscidin hamısı yandırılıb. Təkcə məscidlərdə 2 min nəfərə yaxın insan, o cümlədən din xadimləri öldürülüb”. İmam Mərəhmət Mustafayev o vaxt məscidlərə sığınan insanların diri-diri yandırıldığını diqqətə çatdırıb təəssüflə bildirib ki, məhz ermənilər tərəfindən yandırılan Şamaxı arxivində 1918-ci il hadisələrinə dair xeyli qiymətli məlumatlar olub.

 

"Erməni vandalizmi bu gün davam etməkdədir. Təkcə son 30 ildə Qarabağımızda olan 67 məscid vəhşicəsinə dağıdılıb”, - deyə Mərəhmət Mustafayev qeyd edib.

 

 

Azərbaycan. - 2020.- 5 dekabr.- S.5.