Ermənistanda müxalifət vətəndaş müharibəsinə hazırlaşır

 

 

Ermənistanda getdikcə gərginləşən siyasi vəziyyət Paşinyan hakimiyyətinin parçalanması ilə müşayiət olunmaqdadır, iqtidarın istefasını tələb edən insanların sayı daha böyük sürətlə artmaqda davam edir. Müxalifətin aksiyalarından sonra hakimiyyətin dayaqları xeyli laxlayıb. Son günlərdə ölkəyə erməni lobbisi tərəfindən edilən təzyiqlər artıb.

 

 

Aksiyalar səngimək bilmir

 

 

Ermənistanda 17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasına etiraz olaraq 10 noyabrdan bəri Yerevanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə komitəsinin yaradılmasını kapitulyasiya bəyanatının bəzi müddəalarında dəyişiklik edilməsini tələb edir. Bu arada məlum olub ki, Ermənistan Xüsusi İstintaq Xidməti qanunsuz aksiyalarla bağlı cinayət işi açıb, saxlanılanlar var.

 

Müxalifətin Yerevanın mərkəzində keçirdiyi son yürüşdə "Daşnaksütyun”, "Vətən "Çiçəklənən Ermənistanpartiyalarının üzvləri iştirak ediblər. Etirazçılar əllərində "Xain Paşinyan”, "Rədd ol!” şüarları, "Azad, müstəqil Ermənistan "Paşinyan hakimiyyəti istefaya getməlidirçağırışları ilə meydandadırlar. Bundan narahat olan hakimiyyət rəhbərliyinin göstərişi ilə etiraz edən onlarca aksiya iştirakçısı həbs olunub. Polis rəhbərliyi nümayişçilərin parlamentin hasarına "Xəyanətkar Paşinyan!” yazılmış iri plakatı asmaq cəhdinin qarşısını almaq üçün "qırmızı beretliləradlanan xüsusi dəstəni əraziyə yeridib. Aksiyaçılar buna baxmayaraq mövqelərindən geri çəkilməyəcəklərini bildiriblər.

 

Nikol Paşinyan üçün doğma olan İcevan şəhərində aksiyalar başlayıb. Etirazçılar baş nazirin istefasını tələb ediblər. Aksiya zamanı polislərlə onlar arasında qarşıdurma baş verib. Vətəndaşlar hüquq mühafizə orqanlarının əməkdaşlarını Paşinyanı müdafiə etməməyə çağırıblar. Polislər buna cavab olaraq bir neçə nəfəri nəzarətə götürüblər.

 

"Çiçəklənən Ermənistanpartiyasından olan deputat İveta Tonoyan deyib ki, müxalifət dekabrın 5-də Yerevanda ümumxalq mitinqi keçirməyi planlaşdırır. O, "Facebooksəhifəsində hamını paytaxtın Azadlıq meydanında keçiriləcək ümumxalq mitinqinə dəvət edib.

 

Proseslərin gedişatı göstərir ki, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz olacaq. Müxalifətin günlərdir ki, keçirdiyi aksiyaların nəticəsində vətəndaş qarşıdurması mütləq baş verəcək.

 

Ermənistanda N.Paşinyanın yerinə müxalifətin vahid namizədi sabiq baş nazir müdafiə naziri Vazgen Manukyandır. Bununla bağlı "VətənPartiyası İdarə Heyətinin üzvü Robert Arutyunyan deyib ki, Manukyan Ermənistanın keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq.

 

Xatırladaq ki, Vazgen Manukyan 1990-1991-ci illərdə Ermənistanın baş naziri, 1992-ci ildən 1993-cü ilə qədər (Dağlıq Qarabağ münaqişəsi dövründə) müdafiə naziri olub, eyni zamanda ölkənin hərbi - sənaye kompleksinə başçılıq edib. 1993-cü ilin avqustunda müdafiə naziri vəzifəsindən azad edilib.

 

 

Sabiq müdafiə naziri xəbər sızdırmaqda ittiham edilir

 

 

Yaşanan tənəzzül xoasun özünü qabarıq şəkildə göstərdiyi sahələrdən biri isə ölkənin məğlub ordusudur. Müharibədən sonra yayılan məlumatlar Ermənistan ordusunda əsl anarxiya, özbaşınalıq hökm sürdüyünü göstərir. Yerli media yazır ki, Paşinyan hökuməti 44 günlük müharibədən nəticə çıxarmalıdır - ordunun döyüş bacarığı haqda təbliğat tezisi hamımının gözü qabağında buxarlanıb.

 

Bu arada separatçıların keçmiş "müdafiə naziriCəlal Arutyunyan ilə Ermənistanın sabiq müdafiə naziri David Tonoyan arasında baş vermiş qalmaqalın təfərrüatları məlum olub. "4rd.am” saytı yazır ki, Cəlal Arutyunyan Azərbaycan Ordusunun dəqiq zərbələri ilə məhv edilməmişdən əvvəl onunla David Tonoyan arasında mübahisə düşüb. Mübahisəyə səbəb İordaniyadan gətirilən hava hücumundan müdafiə sistemlərinin istifadə edilməməsi olub.

 

Bildirillir ki, həmin qurğuların bir çoxu istifadəyə yararsız olduğundan tərəflər arasında mübahisələr qızışıb: "Mübahisə zamanı Cəlal Arutyunyan müharibə bitdikdən sonra susmayacağını, cənub cəbhəsindəki hava məkanının tamamilə müdafiəsiz hala gəldiyinə görə günahkar olan insanların adlarını açıqlayacağını deyib. Üstəlik, məlum partlayışdan bir gün əvvəl Cəlal Arutyunyan Arayik Arutyunyanı (Qarabağ separatçılarının rəhbəri-red.) təcili Şuşa ətrafında müdafiə istehkamlarının inşasına başlamağa çağırıb. Çünki qarşı tərəf bu istiqamətdə yeni qüvvələr toplayırmış bu səbəbdən keçmiş nazir əlavə ehtiyat qüvvələri toplamağa top tədarükünə başlamağa ehtiyac olduğunu bildirib”.

 

Cəlal Arutyunyanın yaxınları iddia edirlər ki, onun hərəkət istiqaməti ilə bağlı məlumat qəsdən sızdırılıb: "Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri "nazirinyerini asanlıqla müəyyən edə bilib”.

 

Qeyd edilənlərdən aydın olur ki, müharibədəki məğlubiyyət fonunda Ermənistan ordusunda çöküş ölkənin özündə açıq etiraf olunur. Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu da o deməkdir ki, Ermənistanı qarşıdakı dövr ərzində hələ qanlı günlər gözləyir.

 

 

Elçin CƏFƏROV,

 

Azərbaycan. - 2020.- 5 dekabr.- S. 5.