FHN-in İdman-Sağlamlıq
Mərkəzinin əməkdaşları
şəhid ailəsini
ziyarət ediblər
Fövqəladə
Hallar Nazirliyi (FHN) İdman-Sağlamlıq Mərkəzinin
rəisi polkovnik Füzuli Musayev və mərkəzin əməkdaşları Binə
qəsəbəsində yaşayan,
iki oğlu Vətən müharibəsində
şəhid olmuş Məmmədovlar ailəsini
ziyarət ediblər.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, şəhid qardaşlar İman və Bəhrəm Rusiyanın Həştərxan vilayətində
ali gəmiçilik məktəbində təhsil
alıblar. Müharibə
başlayan kimi döyüşə könüllü
qoşularaq Füzuli,
Cəbrayıl və Zəngilan rayonlarının
kəndlərinin azad edilməsində iştirak
ediblər. Lakin Xankəndi yaxınlığında
gedən döyüşlərdə
eyni anda xain düşmən gülləsinə tuş
gələrək şəhidlik
zirvəsinə ucalıb,
adlarını Azərbaycanın
hərb tarixinə qızıl hərflərlə
yazıblar.
İdmançı
şəhidlərimizin atası Elman Məmmədov
övladları ilə bağlı xatirələrindən,
şəhid qardaşların həyat yolundan, müqəddəs
amal uğrunda gedən müharibədəki qəhrəmanlığından,
onların mehribanlığından, şəhid olmaq
arzularından, komandir və yoldaşlarının İman və
Bəhrəmin qəhrəmanlığından və
şücaətindən danışıb.
FHN-in əməkdaşları
ailəyə başsağlığı verib, şəhidlərimizin
daim Azərbaycan xalqının qəlbində uca tutularaq
heç zaman unudulmayacağını vurğulayıb,
valideynlərə dərin ehtiramlarını bildiriblər.
Vətən
uğrunda şəhid olmuş qəhrəmanlarımızın
xatirəsi xalqımızın yaddaşında əbədi
olaraq qalacaq.
Azərbaycan. - 2020.- 5 dekabr.- S.6.