Rusiyanın məşhur “Vedomosti” nəşri Prezident
İlham Əliyevi “İlin
siyasətçisi” seçib
Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə
“İlin siyasətçisi” seçilib.
Nəşr
yazır: “İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə
inamlı hərbi qələbə qazanan, region miqyasına
görə isə əsl triumf əldə edən yeganə
lider adlandırmaq olar”.
Qeyd
edək ki, “İlin siyasətçiləri”
nominasiyasının namizədləri siyahısında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya
Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko da olub.
ABŞ-ın
yeni seçilmiş Prezidenti Co Bayden isə redaksiya seçimi
əsasında “İlin siyasətçisi” elan edilib.
Azərbaycan.-2020.- 26 dekabr.- S.1.