Heydər məscidində Vətən müharibəsi
şəhidlərinin xatirəsinə
vəhdət namazı
qılınıb
Dekabrın 4-də Heydər məscidində Vətən müharibəsi
şəhidlərinin xatirəsi
yad edilib, vəhdət namazı qılınıb.
AZƏRTAC
xəbər verir ki, anım mərasimində Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri Şeyxülislam
Allahşükür Paşazadə iştirak edib.
QMİ sədri
deyib ki, Azərbaycan xalqına bu Qələbəni bəxş edən Müzəffər Ali Baş Komandanımız, Ordumuz, şəhidlərimizdir.
44 günlük Vətən
müharibəsində başda
Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusu zəfər çalaraq tarixdə yeni səhifə açdı. Xalqımız xoşbəxt
xalqlardan biridir. Bu Qələbənin memarı isə ulu öndər Heydər Əliyevdir.
1993-cü ildə xalqımız
Ümummilli Liderə müraciət edərək
onu Azərbaycana dəvət etdi. Ulu Öndər müstəqil Azərbaycanı
yenidən qurdu.
A.Paşazadə
deyib ki, Vətən yolunda şəhid olanlar Allah yanında ən
yüksək məqamdadırlar. Həm Birinci Vətən müharibəsi, həm də İkinci Vətən müharibəsi
dövründə şəhidlərimiz
oldu, Allah onlara rəhmət eləsin! Sünni və şiə məzhəbində olanlar
bu gün şəhidlərimizin ruhuna
birlikdə dualar etdilər.
Şeyxülislam xatırladıb ki, ulu öndər Heydər Əliyev Kəbədə olarkən
torpaqlarımızın işğaldan
azad edilməsi üçün dualar edib. Sonrakı dövrlərdə Kəbədə
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Qarabağın azad olunması, şəhidlərimiz, Azərbaycan
üçün dualar
ediblər. Bu gün xalqımız İlham Əliyev kimi Prezidenti olduğuna görə Allaha şükür edir. Dövlətimizin başçısı tarixdə
daim böyük fateh kimi qalacaq.
Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi
ilə dünyada özünü qalib xalq hesab edir
və bundan qürur duyur. Biz qalibik. Bu
qalibiyyəti bizə Müzəffər Ali Baş Komandanımız, rəşadətli Ordumuz bəxş edib. Buna görə Ali Baş Komandana,
Ordumuza təşəkkür
edirik, şəhidlərimizə
Allahdan rəhmət diləyirik.
Şeyxülislam vurğulayıb ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin böyük vəsiyyətini yerinə
yetirdi, torpaqlarımız
işğaldan azad olundu. Bu gün
xalqımız Prezidentimizin
ətrafında sıx
birləşib.
QMİ sədrinin
birinci müavini, müfti Salman Musayev qeyd edib ki, əldə
etdiyimiz tarixi Zəfər Müzəffər Ali Baş Komandan
İlham Əliyevin qətiyyəti, xalqımızın
şücaətli oğullarının sayəsində
mümkün oldu. Torpaqlarımız şəhid qanı bahasına azad olundu. Şəhidlərimizə
rəhmət, qazilərimizə
şəfa diləyirik.
Mənfur düşmən
Qarabağdakı məscidlərimizin,
ziyarətgahlarımızın və türbələrimizin
demək olar ki, hamısını məhv edib. Prezident İlham Əliyevin də dediyi kimi, o məscidlər, ziyarətgahlar,
türbələr bərpa
ediləcək. Allahdan
arzumuz odur ki, qalibiyyətimiz daimi olsun, dövlətimiz
daim inkişaf etsin. Bütün dünyada bizim qalibiyyətimiz öyrənilir.
Allah bizə hər zaman böyük müjdələr
qismət etsin!”.
Azərbaycan. - 2020.- 5 dekabr.- S.6.