Vətəndaş məsuliyyəti ilə koronavirusa qalib gələ bilərik

 

 

Yeni növ koronavirus pandemiyası dünyanın əsas problemi olaraq qalmaqda davam edir. Artıq Yer üzündə bu virusa yoluxanların sayı sürətlə 70 milyona yaxınlaşır, bir milyondan çox insan isə həyatını itirib. İndiyə qədər ən çox yoluxma halı ABŞ, Hindistan Braziliyada qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Margaret Harris yalnız qapalı yerlərdə deyil, açıq havada da maska taxmağa çağırıb. Onun izah etdiyinə görə, təhlükəsiz məsafəni qorumağın mümkün olub-olmamasından asılı olmayaraq, kifayət qədər havalandırma olmayan yerlərdə maskalardan istifadə edilməlidir. Hətta otaqlar yaxşı havalandırılsa belə, bir-birindən bir metr məsafəni saxlamaq mümkün deyilsə, şəxsi qoruyucu vasitələrdən istifadə etmək zəruridir.

ÜST-nin sərt tövsiyələri artıq açıq yerlərə tətbiq olunur: əgər küçədə digər insanlarla məsafə saxlamaq mümkün deyilsə, maskadan istifadə edilməlidir.

 

 

Tövsiyələrə laqeyd yanaşma yoluxmanı artırır

 

 

Dünyanın bir guşəsi olan Azərbaycanda da son aylar koronavirusa yoluxma narahatedici sayda artıb. Vəziyyətin təhlili göstərir ki, gündəlik yoluxma sayı 4 min nəfəri ötüb, paralel olaraq ölüm sayı artıb. Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı xeyli arta bilər. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmasların izlənilməsi kimi zəruri tədbirlərin görülməsində çətinliklərə səbəb olar.

Təcrübə göstərir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozur, tövsiyələrə laqeyd yanaşırlar.

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edilir, insanlarda yaranmış ruh yüksəkliyi COVID-19 pandemiyası təhlükəsini ikinci plana keçirir. Vətən müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, yürüşlərin keçirilməsi COVID-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirib.

COVID-19-a qarşı mübarizədə son vaxtlar özünümüalicə kimi zərərli tendensiya da müşahidə olunur. Son günlər əhali arasında sistem vurulması hallarının çoxaldığını söyləyən TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib ki, koronavirus səbəbindın əsas ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox müşahidə olunur: "Ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma daha çox müşahidə olunur. Yoluxanlardan 81 faizi xəstəliyi yüngül keçirir. Lakin bəzi həssas qrup şəxslər xəstəxanalara axın edir. Bəziləri isə həkimin təyin etmədiyi müalicələrə yönəlirlər. Son günlər əhali arasında sistem vurulması halları da çoxalıb. Xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər. Vətəndaşları təşvişə düşməməyə çağırırıq. Testin nəticəsi pozitiv olan bəzi şəxslər isə yaşadığı yerləri tərk edirlər. Bu da onların özü ətrafdakılar üçün təhlükə yaradır. Bu şəxsləri karantin qaydalarına ciddi şəkildə riayət etməyə çağırırıq”.

 

 

Virusa ikinci dəfə yoluxma ehtimalı var

 

 

TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev xəbərdarlıq edib ki, koronavirusa ikinci dəfə yoluxma ehtimalı var bu, dünyada da təsdiqini tapıb. Öz təcrübəmizdə müşahidə etmişik ki, yayda yoluxan insanlarda yenidən eyni əlamətlər qeydə alınır. Bəlkə bir müddətdən sonra belə hallarla daha da sıx rastlaşacağıq. Koronavirusa yoluxub sağalan insanların qanında anticisimlər yaranır. Həmin anticisimlər həm xəstəliyin keçirilib-keçirilmədiyini dəqiq göstərir, həm bu xəstəliyə qarşı qoruyuculuqda əhəmiyyət kəsb edir. Zamanla anticisimlərin miqdarı azalır nəticədə virusa yoluxanlarla təmas yenidən yoluxmaya səbəb olur.

V.Əliyev deyir ki, bu, insanın immun sistemi ilə əlaqədar olan bir məsələdir. Qripi təkrar olaraq keçirə biliriksə, koronavirusda da qoruyuculuq yaranmadığına görə təkrar yoluxma mümkündür. Təkrar yoluxma zamanı onu yüngül ya ağır keçirmək yenidən yoluxma zamanı alınan virusun yükündən asılıdır. Hətta təkrar yoluxma zamanı xəstəliyi birinci dəfə müşahidə olunduğu kimi keçirmək mümkündür. Bu, insanın immun sistemindən təmasda olduğu infeksiyadan, yəni virus yükündən asılıdır.

Həkim-infeksionist bildirib ki, koronavirusun ən azı yaz aylarına qədər davam edəcəyi dəqiqdir. Çünki kütləvi olaraq immunitet qazanılmadığı müddətdə bu virusun davam edəcəyi şübhəsizdir. Onun təkrar yoluxmasını da nəzərə alsaq, zaman bitəcəyini əvvəlcədən demək çox çətindir. Lakin koronavirus kütləvi peyvəndlə ya gələcəkdə onun vilurentliyinin azaldılması, virus mutasiyaya uğrayıb daha yüngül formaya keçdikdən, mortallığı, yəni ölümcüllüyü minimuma endikdən sonra onu sonlandırmağa nail ola bilərik. Lakin virus hələ uzun müddət yoluxdurmağa davam edəcək: "Hazırda virusa yoluxmamağın yeganə yolu maskadan doğru istifadə etmək, kütləvi tədbirlərə qatılmamaq, gigiyena qaydalarına əməl etməkdir. Burada da həmrəylik göstərmək lazımdır. Dövlət tərəfindən atılan addımlarla yanaşı, vətəndaş həmrəyliyi lazımdır. İctimai qınaq da olmalıdır, ətrafımızda maska taxmayan doğru istifadə etməyənlərə öz iradımızı bildirməliyik. Əgər həmrəylik göstərməsək, qoyulan qayda-qanunlara əməl etməsək, o zaman virusun yayılma sürəti daha da arta bilər. Tendensiya yüksəlməyə doğru gedir. Baxmayaraq ki, maskadan istifadə tələbi daha da ciddiləşdirildi, düşünürəm ki, virusla yoluxma halları daha da artacaq”.

 

 

Daha ciddi tədbirlərin görülməsinə ehtiyac var

 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev qeyd edib ki, hazırda Azərbaycanda daha ciddi tədbirlərin görülməsinə ehtiyac var: "Əks halda xəstəxanalarda xəstələrin müalicəsi üçün yer tapılmayacaq. Səhiyyə sistemi həm koronavirus xəstələrinin, həm müharibədə yaralanan əsgər zabitlərin müalicəsi ilə məşğul olur. Həkimlərimiz yorulublar. Düşünürəm ki, sərt karantin tədbirləri tətbiq olunmadan yoluxmanın qarşısı alınmayacaq. Yoluxma saylarını azaltmaq vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var”.

Göründüyü kimi, artıq vəziyyət olduqca narahatedicidir. Mütəxəssislərin həyəcan təbili çaldığı kimi, pandemiyaya qarşı tam səfərbər olmasaq, qaydalara əməl etməsək sağlamlığımızla bağlı qarşıda bizi daha ciddi sınaqlar gözləyə bilər.

COVID-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi dövlət-vətəndaş əməkdaşlığıdır. Buna görə dövlətin virusun qarşısının alınması istiqamətində atdığı addımlara, pandemiyanın sadə tələblərinə əməl edərək töhfə verməliyik: maskadan düzgün istifadə etməli, sosial məsafəni qorumalı, əl gigiyenasına əməl etməli, kütləvi toplanma yerlərindən uzaq durmalıyıq.

 

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan. - 2020.- 5 dekabr.- S.7.