Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin
formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 19
mart tarixli 963 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 3, maddə
239) ilə təsdiq edilmiş "Koronavirusla Mübarizəyə Dəstək
Fondunun vəsaitinin formalaşdırılması, idarə
olunması və ondan istifadə Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2.2-ci
bəndə "hesabı”
sözündən sonra
", Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi
Bankında və kredit təşkilatlarında
Azərbaycan manatı
ilə və xarici valyutalarda bank hesabları” sözləri
əlavə edilsin;
1.2.
2.4-cü bənddə "2020” rəqəmləri "2021” rəqəmləri
ilə əvəz edilsin;
1.3. 2.5-ci
bənddə "hesabında”
sözü "və
bank hesablarında” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLIYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr
2020-ci il
Azərbaycan.-2020.- 26 dekabr.- S.1.