“Azərbaycan
Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi
adlandırılması haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 15 dekabr tarixli 212-VIQ nömrəli
Qanununun tətbiqi və Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli
500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Şamaxı
rayonunun Saqiyan kəndinin Günəşli
kəndi adlandırılması
haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 15 dekabr tarixli 212-VIQ nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 29
yanvar tarixli 500 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 1, maddə 90, ¹ 11, maddə
1719; 2020, ¹ 8, maddə 1039) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın 7.3.25.7-ci yarımbəndində "Saqiyan”
sözü "Günəşli”
sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi
adlandırılması haqqında”
Azərbaycan Respublikasının
2020-ci il 15 dekabr tarixli 212-VIQ nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr
2020-ci il
Azərbaycan.-2020.- 26 dekabr.- S.2.