“Bələdiyyələrin əraziləri
və torpaqları haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin
3-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Bələdiyyələrin əraziləri
və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə
237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə
522, № 10, maddə 784, № 12, maddələr
982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə
212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə
708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr
503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə
605, № 11, maddələr 942, 943, 961; 2011, №
3, maddə 166, № 7, maddə
613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə
525, № 9, maddə 840, № 11, maddə
1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr
1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə
760, № 11, maddə 1375; 2015, № 7, maddə 820, № 12, maddə
1440; 2016, № 2 (II kitab), maddə
222; 2019, № 1, maddə 2; Azərbaycan
Respublikasının 2020-ci il
6 oktyabr tarixli 188-VIQD nömrəli Qanunu) əlavə edilmiş
"Azərbaycan Respublikasında
bələdiyyələrin siyahısı”nın "Şamaxı
rayonu” bölməsinin
48.33-cü sətrində hər
iki halda "Saqiyan” sözü "Günəşli” sözü
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr
2020-ci il
Azərbaycan.-2020.-
26 dekabr.- S.2.